SON XƏBƏRLƏR

Astanada Qarabağa dair sənəd imzalana bilər, Rusiya əks-hərəkətə keçdi

2021.10.20, 07:36
Astanada Qarabağa dair sənəd imzalana bilər, Rusiya əks-hərəkətə keçdi

Gunaz.tv

GünAzTv: Amerika iki rayonun boşaldılmasını, əraziyə sülhməramlı qüvvələrin yeridilməsini və Türkiyə ilə sərhədlərin açılmasını istəyir.

«ABŞ (Amerika Birləşmiş Ştatları) stanada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədin imzalanmasında israr edir». Milli.Az xəbər portalının «Aykakan Jamanak» qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Astanada dekabrın 1-2-də keçiriləcək sammitinə qatılmaqdan imtina edə bilməsi ideyası ölkə rəhbərliyi tərəfindən ciddi müzakirə olunmaqdadır.

 Qəzetin iddiasına görə, ABŞ Astanada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədin imzalanmasında israr edir. Söhbət Dağlıq Qarabağa bitişik 2 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan sənəddən gedir. Guya Ankara da öz növbəsində həmin rayonların boşaldılacağı təqdirdə, Ermənistanla sərhədi açacağına zəmanət verib. «Bununla da Astanada Dağlıq Qarabağa bitişik rayonların 2+5 fomratında boşaldılması, daha sonra oraya Polşa, Rumıniya və Macarıstandan olan sülhməramlıların yerləşdirilməsi prosesinə start veriləcək. Amma hadisələrin bu cür gedişi Rusiyanı qane etmir. Moskva bölgədə NATO qüvvələrinin yerləşdirilməsini istəmir», - deyə yazıda bildirilir. Bütün bunlardan xilas olmağa çalışan Ermənistanın isə çıxış yolunu Sarkisyanın sammitə qatılmaqdan imtina etməsində gördüyü bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar