Astanada Suriyada dörd təhlükəsizlik zonalarının yaradılmasına dair memorandum imzalanıb

2017-05-05 15:06

GünAz TV: Qazaxıstanın paytaxtı Astanada Suriyada dörd deeskalasiya zonalarının (münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq olunduğu və aviasiya uçuşlarının dayandırıldığı rayonlar-red.) yaradılması barədə memorandum imzalanıb.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, sənəd Suriyada münaqişə tərəflərinin və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri tərəfindən imzalanıb. 

 

Suriya müxalifəti və hökumətinin nümayəndələri sənədi imzaladıqdan sonra, saziş atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndələri tərəfindən də imzalanıb.  

 

Məlumata görə, razılaşma deeskalasiya zonalarının İdlib əyalətində, Homs şəhərindən şimalda, Şərqi Quta və Suriyanın cənubunda yaradılmasını nəzərdə tutub. Sazişə əsasən, qeyd olunan zonalarda hava məkanı Suriya Hərbi-Hava Qüvvələri üçün qapalı, Rusiya Hərbi-Kosmik Qüvvələri üçün isə açıq olacaq.

 

“RİA Novosti”nin xəbərinə görə, müxalifət nümayəndələrinin səs-küy salması səbəbindən memorandumun imzalanması mərasiminə bir neçə dəfə ara verilib. Müxalifətçilərdən bəziləri danışıqlar zalını tərk etsə də, nümayəndə heyətinin böyük hissəsi imzalanma mərasimində sonadək iştirak edib. 

 

Agentliyin məlumatına görə, memorandum birbaşa hərbi qarşıdurmaların qarşısının alınması üçün deeskalasiya zonaları boyunca təhlükəsiz rayonların yaradılmasını nəzərdə tutur.    Zəmanətçi ölkələrin işçi qrupu isə mayın 22-dək Suriyada gərginlik və deeskalasiya rayonlarının xəritələrini hazırlayıb başa çatdırmalıdır.

 

Qeyd edək ki, Astanada 3-4 may tarixlərində Suriyaya dair danışıqlar keçirilib. Danışıqlarda  Suriya müxalifəti və hökumətinin nümayəndə heyətləri, habelə atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, ABŞ və BMT nümayəndələri iştirak ediblər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21

gun az article

Türkiyə mübarizəni dayandırdı, Uels 1/8 finala çıxdı

2021-06-21

gun az article

Avro-2020-də bir gündə 4 oyun

2021-06-21