SON XƏBƏRLƏR

Astara küçələrinə “Gilan heyranı” adının verilməsi planlaşdırılır / “Gilan” sözü məşhur lövhənin üzərindən silindi – GÖRÜNTÜ

2021.10.20, 07:36
Astara küçələrinə “Gilan heyranı” adının verilməsi planlaşdırılır / “Gilan” sözü məşhur lövhənin üzərindən silindi – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: “Heyran gədiyi” ərazisinin Ərdəbildən qoparıb Gilan Əyalətinə birləşdirilməsi ilə bağlı cəhdlər və buna qarşı olan etirazlar davam edir.

 

Son məlumata görə, Astara şəhəri Londvil məntəqəsinin Şəhər Şurası, məntəqədə bütün küçə və meydanlara “Gilan heyranı” adının verilməsi haqda qərar qəbul edib.

 

Qərar Şəhər Şurasının rəisi Əli Heydər Cəvidenin təşəbbüsü ilə bazar günü keçirilən iclasda qəbul olunub.

 

Astara şəhərinin yerli mətbuat orqanları qərarın bütün Şura üzvləri tərəfindən dəstəkləndiyini bildiriblər.

 

Qərarın icra olunacağı təqdirdə Londvil məntəqəsində bütün küçə və meydanlara “Gilan heyranı” adı veriləcək.

 

Gilan Əyaləti rəhbərliyinin bu kimi cəhdlərinə qarşı azərbaycanlıların etirazı da səngimək bilmir.

 

Son məlumata görə, azərbaycanlı gənclər Astara Şəhər İcra Hakimiyyətinin yerli olmayan başçısı Yunis Rənckeşin Ərdəbilə qarşı açıqlamalarına etiraz olaraq Nəmin tunelinin girişində quraşdırılan lövhənin üzərindən “Gilan” sözünü siliblər. Dəfələrlə “Heyran gədiyi”nin Gilan Əyalətinə aid olduğunu iddia edən İcra Hakimiyyəti başçısı aprelin 1-də Nəmin tunelinin başlanğıcına gedərək orada xatirə şəkili çəkdirmişdir.

“Gilan Əyaləti Yol Polisi İdarəsinin inzibati ərazisi” lövhəsi yanında görünən Y.Rənckeş bununla bildirmək istəmişdir ki, “Heyran gədiyi” və Nəmin tunelindən Astaraya tərəf olan ərazilər Gilan Əyalətinə aiddir.

 

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar