Astarada azərbaycanlı şagirdlərə türk dilində kitablar hədiyyə edilib – GÖRÜNTÜ

14.10.2018, 21:32

GünAz TV: Güney Azərbaycan şəhərlərində yeni dərs ili ərəfəsində başlayan mədəni tədbirlər hələ də davam etməkdədir.

 

Təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kampaniyanın Astara şəhərində davam etdirildiyi bildirilir.

 

Məlumata görə, Azərbaycanlı milli-mədəni fəallar oktyabrın 12-i və 13-də astaralı məktəblilər arasında türk dilində kitablar paylayıb.  Fəallar şəhərin müxtəlif məhəllələrini gəzərək məktəblilərə kitab çatdırıblar.

 

Təhsil müəssisələrinin açılışından 20 gündən çox keçməsinə baxmayaraq hələ də bir neçə Azərbaycan şəhərində kitab paylama kampaniyası davam etdirilir.

 

Ötən günlərdə Ərdəbil, Meşginşəhr (Xiyav) və Zəncan şəhərlərində çox sayda şagirdə kitab hədiyyə edilmişdir.

 

Fəallar kitab paylamaqla yanaşı uşaqlar və ətrafdakı digər soydaşlarımıza ana dilində təhsilin əhəmiyyəti və İranda Azərbaycan türk millətinin milli kimliyi və ədəbiyyatına qarşı təzyiqləri də şərh ediblər.

 

Fəalların kitab paylama kampaniyası şagirdlər və onların valdeyinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Bu il isə təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan kampaniya daha geniş şəkildə həyata keçirilib.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır. Bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib. İranın bu siyasəti Beynəlxalq Əfv Təşkilatı tərəfindən dəfələrlə pislənilib.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28

gun az article

Kanada İrana yeni sanksiyalar tətbiq etdi

2023-03-28

gun az article

Ceyhun Bayramov: "Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir"

2023-03-27

gun az article

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

2023-03-27

gun az article

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb

2023-03-27

gun az article

Çin və Avropa İttifaqı Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əleyhinədir

2023-03-27

gun az article

İranın cənub şərqində onlarla xarici vətəndaş həbs edilib

2023-03-27

gun az article

AQC İdarə Heyətinin toplantısı keçirilib – İcra Aparatına rəhbər təyin edilib

2023-03-27