SON XƏBƏRLƏR

Astaranın millət vəkili bu şəhərin yenidən Ərdəbilə ilhaq edilməsini tələb edənləri xaricdən idarə olunmaqda günahlandırdı – VİDEO

2021.10.20, 07:36
Astaranın millət vəkili bu şəhərin yenidən Ərdəbilə ilhaq edilməsini tələb edənləri xaricdən idarə olunmaqda günahlandırdı – VİDEO

Gunaz.tv

GünAz TV: Astaranın İran parlamentindəki millət vəkili bu şəhərin Ərdəbilə ilhaq edilməsini tələb edənləri xaricdən idarə olunmaqda günahlandıraraq səlahiyyətli orqanları onlara qarşı tədbir görməyə çağırıb.

 

Vəli Dadaşi bu barədə aprelin 5-də keçirdiyi mətbuat konfransında danışıb.

 

O “Heyran gədiyi” ətrafında baş verən hadisələrə etiraz edənləri pantürk adlandırarq bildirib ki, “biz pantürklərə meydan verməməliyik. İranda pantürk yoxdur, lakin xaricdə belə bir cərəyan var. Onlar bu dəqiqə ölkənin daxilində müəyyən cərəyanlar və gərginliklər yaratmaq istəyir. Biz ictimai-siyasi mülahizələri nəzərə alaraq heç bir şəkildə onlara fürsət verməməliyik”- deyə o bildirib.

 

https://www.youtube.com/watch?time_continue=7&v=ER9YHPlVSPs

 

 

Maraqlıdır ki, V.Dadaşinin İnstaqram səhifəsində keçirdiyi sorğuda, iştirakçıların 68 faizi Astaranın Ərdəbilə ilhaq edilməsini istəmişdir.

 

Bundan əvvəl İranın “İsna” xəbər agentliyi də Astaranın Ərdəbilə ilhaq edilməsi ilə bağlı tələbləri Amerika Birləşmiş Ştatları, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqələndirmişdir.

 

Ötən günlərdə Rəşt Bələdiyyə İdarəsinin rəsmisi Muxtar Cabbari də təhlükəsizlik qüvvələrinin “Heyran gədiyi” hadisələrinə müdaxilə etməsini tələb etmişdir.

 

Məlum olduğu kimi, İran rejimi öz ənənəsinə sadiq qalaraq müxtəlif hadisələrdə etirazçıların xarici ölkələrə bağlı olduğunu iddia edir, onları ən sərt şəkildə cəzalandırır.

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdükləri tələblər azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Tələblər sərtləşdikcə, Gilan rəhbərliyi təhlükəsizlik qüvvələrini azərbaycanlılara qarşı tədbir görməyə çağırır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar