SON XƏBƏRLƏR

Astaranın Şərqi Azərbaycana aid olduğuna dair SƏNƏD

2021.10.20, 07:36
Astaranın Şərqi Azərbaycana aid olduğuna dair SƏNƏD

Gunaz.tv

GünAz TV:Hazırda Gilan Əyalətinin inzibati ərazisi hesab olunan Astara şəhəri və ətraf məntəqələrinin vaxtı ilə Şərqi Azərbaycana aid olduğuna dair çoxlu sənədlər var.

 

Aşağıdakı sənəd 1958-ci il 28 oktyabr tarixinə, Pəhləvi dövrünə aiddir. Sənəddə Astaranın üçüncü əyalətdə (dövrün Şərqi Azərbaycan Əyaləti) yerləşdiyi qeyd olunub. Həmin vaxt Astara əhalisinə Ərdəbilin 5-ci hövzəsinin (məntəqə) əhalisi kimi şəxsiyyət vəsiqəsi verilib.

 

Astara məntəqəsi 1945-1946-ci illərdə Azərbaycan Milli Hökumətinin dövründə də Azərbaycanın tərkib hissəsi olub. Lakin 1958-ci (hicri-şəmsi təqvimi ilə 1337-ci il) ildə Azərbaycanın Xəzər dənizi ilə irtibatını kəsmək məqsədi ilə dövrün Şərqi Azərbaycan Əyalətindən ayırıb Gilan Əyalətinə  biləşdiriblər.

 

Astaralı türklər Azərbaycanın tarixində də böyük rol oynayıb. Elə müasir tariximizdə Pəhləvi rejimi tərəfindən edam edilən Azərbaycan Milli Hökumətinin baş prokuroru Fridun İbrahimi, Azərbaycanın xalq şairi mərhum Söhrab Tahir və s. Güney Azərbaycanın Atara şəhərindən olublar.

 

1958-ci ildə Astaranın Gilana ilhaq edilməsi, Təbrizdən Astaraya məsafənin uzaq olması, Heyran caddəsinin keyfiyyətsiz olması və bölgədə lazımi infrastrukturun olmaması ilə izah olunub. Hazırda isə Astaranın Gilan Əyalətində qalması üçün heç bir məntiqi dəlil yoxdur.

 

İran inzibati ərazi bölgüsü qanununun 10-cu maddəsinə görə, dövlət siyasi-ictimai mülahizələri nəzərə alaraq hər kəndi ən yaxın mərkəzi kəndə, hər mərkəzi kəndi ən yaxın qəsəbəyə, hər qəsəbəni ən yaxın şəhərə və hər şəhəri ən yaxın əyalət mərkəzinin inzibati ərazisinə daxil etməlidir.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Həm qanuna görə, həm də şəhərin tarixini nəzərə aldıqda bu məntəqə Ərdəbil Əyalətinə birləşdirilməlidir. Üstəlik şəhərin əhalisi də bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsinin tərəfdarıdır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar