SON XƏBƏRLƏR

Çatışmayan məktəbləri Marağa xeyriyyəçiləri inşa etdiri

2021.10.20, 07:36
Çatışmayan məktəbləri Marağa xeyriyyəçiləri inşa etdiri

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Marağa mahalında təhsil ocaqları çatışmır və mövcud olan məktəblərin bir çoxunun yenidən qurmaya ehtiyacı var.

Bu sahə ilə bağlı dövlətin vəsait ayrırmaması yerli xeyriyyəçiləri məktəblərin tikintisi və təmirini öz üzərlərinə götürməyə vadar edib.
Sentyabrın 26-da Marağanın Əliabad kəndində 3 sinif otağından ibarət yeni məktəbin açılış mərasimi olub.

Məktəb Marağa xeyriyyəçilərinin şəxsi vəsaitləri hesabına inşa edilib və texniki avadanlıqla təmin olunub.

Açılış mərasimində Marağa fərmandarının müavini Musa Şəfi və başqa yerli məsullar iştirak edib.

Neçə illərdir ki. bir sıra bölgələrdə, özəlliklə Azərbaycan əyalətlərində İran Təhsil Nazirliyi və əlaqədar qurumlar təhsil ocaqlarının tikintisinə vəsait çatışmazlığı ucbatından budcə ayrılmadığını bildirilər.

Bu problem əsasən azərbaycanlı xeyriyyəçilərin vəsaiti və imkanlı şəxslərin ianələri hesabına həll olunur.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar