Atalar sözləri və məsəllər

2008-06-24 19:59

"Atalar sözləri və məsəllər" Elçin Qaliboğlu Bu yaxınlarda gənc, həvəskar folklor toplayıcısı Aslan Əsədovun toplayıb araya-ərsəyə gətirdiyi "Atalar sözü və məsəllər" adlı kitabı işıq üzü görüb. Maraqlıdır ki, 21 yaşlı Aslan ixtisasca filoloq deyil. Folkl

Gunaz.tv Quote | Gunaz article

"Atalar sözləri və məsəllər" Elçin Qaliboğlu Bu yaxınlarda gənc, həvəskar folklor toplayıcısı Aslan Əsədovun toplayıb araya-ərsəyə gətirdiyi "Atalar sözü və məsəllər" adlı kitabı işıq üzü görüb. Maraqlıdır ki, 21 yaşlı Aslan ixtisasca filoloq deyil. Folklora maraq onda fitri bir keyfiyyətdir. Hazırda o, Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsində təhsil alır. Bu gün Azərbaycanın zəngin, qədim mədəniyyət soraqlarının bizi sevməyənlər, xüsusən də ermənilər tərəfindən mənimsənildiyi barədə tez-tez yazırıq, ağız dolusu danışırıq. Amma bu qiymətli soraqların toplanması, kitablaşdırılması işi folklorçuların öhdəsinə düşür. Təbiidir, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Amma ki, əgər hər gəs bu sahədə əlindən gələni etsə, yəni zəngin şifahi xalq ədəbiyyatı soraqlarını toplasa, o zaman bu sərvətlərimizin çoxunu kitablaşdırıb sabaha çatdıra bilərik. Lakin təəssüf ki, çox zaman bu mənəvi sərvətin daşıyıcıları sinələrindəki xalq xəzinəsini də özləriylə qara torpağın altına aparırlar. O zaman ayılırıq ki, artıq iş işdən keçib. Kitabın toplayıcısı və tərtibçisi Aslan Əsədov yazır: "Xalqımızın özünəməxsus mentaliteti, nadir sənət nümunələri, zəngin folkloru var. Bu nadir inciləri sələflərimiz bizə çatdırmış, bizim də borcumuz bu milli sərvəti bizdən sonrakı nəslə çatdırmaqdır. Azərbaycanın qədim və sivilizasiyalı bir məskən olduğu çoxlarına bəllidir. Azərbaycanın istər şifahi, istərsə də yazılı ədəbiyyatı qədim Şərq mədəniyyətinin bir qolu olmaqla yanaşı özünün inkişaf etmiş bir zirvəsində dayanmaqdadır. Atalar sözü və məsəllərin yaranması bu gün də davam edir. Zaman-zaman bir çox müdrik insanların fikir və ifadələri də xalq içərisində nüfuz qazanaraq atalar sözü və məsəllər şəklinə düşüb. Bu nadir incilərimizə sahib çıxıb onları qorumalıyıq. Məni bu işə vadar edən səbəblər var: doğulub boya-başa çatdığım elin adət-ənənəsinə sevgi, hörmət, bir də mədəniyyətimizə, əxlaqımıza qarşı yabançı halları aşılayanlara tutarlı cavab vermək istəyi... Bir gün xarici jurnalların birində Azərbaycan-türk atalar sözlərinin təxminən orijinalına yaxın mənası ilə, başqalaşdırıldığını gördüm. Məsələn, "Dəmiri isti-isti döyərlər"; 1991-ci ildə Moskvada nəşr olunmuş jurnalda yazılmışdı: "Dəmiri müəyyən vəziyyətə gətirmək üçün onu əvvəlcə istiləşdir, sonra bərkiməmiş formaya sal. Belə misalların sayını çox artırmaq olar". Toplayıcı həmçinin Azərbaycanın tanınmış araşdırıcılarınının, toplayıcılarının bu sahədəki kitablarından da bəhrələnib, dəqiq mənbələr göstərib. Kitabda 4 minə yaxın atalar sözü və məsəllər toplanıb, bunlardan təxminən minə yaxını Aslanın özünün topladıqlarıdır. xalqcebhesi
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19