SON XƏBƏRLƏR

ATATÜRKÇÜLƏR VƏ İSLAMÇILAR ARASINDA SAVAŞ.Qərb mediası Türkiyədə baş verənləri bu cür dəyərləndirir

2021.10.20, 07:36
ATATÜRKÇÜLƏR VƏ İSLAMÇILAR ARASINDA SAVAŞ.Qərb mediası Türkiyədə baş verənləri bu cür dəyərləndirir

Gunaz.tv
“ATATÜRKÇÜLƏR VƏ İSLAMÇILAR ARASINDA SAVAŞ” Qərb mediası Türkiyədə baş verənləri bu cür dəyərləndirir 17.jpg Türkiyədə “Ergenekon” əməliyyatı ilə bağlı yeni və daha səs-küylü həbslər istisna deyil. “Cümhuriyyət” qəzetinin Ankara bürosunun rəhbəri, ölkəni tərk etməmək şərti ilə azad edilən Mustafa Balbay telekanallardan birinə müsahibəsində deyib ki, istintaqda ona ünvanlanmış suallar belə təxmin etməyə əsas verib ki, bu iş uzana və daha bir çox tanınmış şəxs həbs edilə bilər. “Mənim gəldiyim qənaətə görə, artıq heç kim axşam yatdığında ”mənə bir şey olmaz" deməməlidir, çünki nə vaxtsa indiki iqtidarın əleyhinə nəsə demiş olan hər kəs hədəf seçilə bilər." Baş nazir Rəcəb Tayyib Ərdoğan isə dünənki çıxışında tutulanlar haqqında “mafiya” ifadəsi işlədib. O, aparılan həbsləri İtaliyada mafiyaya qarşı həyata keçirilən “Təmiz əllər” əməliyyatı ilə müqayisə edib. Ərdoğan onu “Ergenekon” istintaqında həddən artıq maraqlı olmaqda ittiham edən və bu işin siyasi motivli, rəqiblərdən haqq-hesab çəkmək məqsədi daşıdığını deyən ana müxalifət lideri Dəniz Baykala cavab olaraq deyib ki, Baykal mafiya üçün vəkillik edir. Xatırladaq ki, Baykal Ərdoğana “əgər baş nazir bu istintaqda ittihamçıdırsa mən də vəkiləm” demişdi. Baş nazir deyib ki, Türkiyə qeyri-legitim, gizli qurumlardan yaxa qurtarmalıdır və onun hökuməti bu işdə sonadək gedəcək. Baykalın Ərdoğana eyni üslubda sərt cavabı da çox gecikməyib. CHP lider parlamentdə çıxışı zamanı deyib ki, baş nazirin “Ergenekon” həbslərini İtaliya mafiyasına qarşı mübarizə ilə müqayisə etməsi yersizdir: “Baş nazir təmiz əllərdən bəhs edir, sən özün təmiz olmadığın halda necə təmiz əməliyyat apara bilərsən? Əvvəlcə toxunulmazlıq statusunu qaldır, haqqındakı korrupsiya dosyeləri ilə bağlı hesab ver, sonra təmiz əllərdən danış.” Baykal deyib ki, “Ergenekon” istintaqı çox qəribədir. Onun sözlərinə görə, kimlərin şübhəli olması haqda bir anda qərar verilir, ancaq tutulanların nədə ittiham edilməli olduğu bu günədək müəyyən edilmir. “13 aydır ortada iddianamə yoxdur, çox qorxunc haldır və Türkiyədə belə hal görünməyib. İnsanlar həbs edilir, ancaq onlara heç kim niyə həbs edildiklərini demir. İqtidara bağlı media tutulanların çevriliş planlaşdırığı haqda günlərdir yazır. Bu necə çevrilişdir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi, qoşun növlərinin komandanları durarkən istefada olan bir qrup general və ya jurnalist edəcək? Belə şey mümkündürmü? Deyirlər 2500 səhifəlik iddianamə hazırlanır, sən mənə 2500 yox, 5 səhifə göstər, gedək birlikdə hesab soraq.” Hökumətə bağlı mətbuat isə bir-birinin ardınca tutulanların haqqında yeni-yeni iddialar ortaya atır. Maraqlıdır ki, həbs edilənlərin istintaq verdiyi ifadələrin mətni elə ertəsi gün iqtidara yaxın mediaya ötürülür. Bu iddialar əsasən ondan ibarətdir ki, terror təşkilatı kimi təqdim edilən “Ergenekon”a istefada olan ordu generalı Xurşud Tolon başçılıq edib, bu təşkilat ölkədə AKP hökumətini devirmək üçün bir sıra aksiyalar, o cümlədən sui-qəsdlər və təxribatlar hazırlayıb. Həbs edilənlərin hamısı eyni həbsxanaya yerləşdirilir. İki gün əvvəl generallar Tolon və Eruyğur da daxil olmaqla həbs edilənlər Ankaradakı Metris həbsxanasına yerləşdirilmişdi. Dünən isə onları həmin həbsxanadan çıxararaq Tekirdağdakı qapalı tipli həbsxanaya aparıblar. Qərb mətbuatı da Türkiyədə baş verənləri geniş şərh edir. Nüfuzlu “The İndependent” qəzetinin redaksiya məqaləsində deyilir ki, ölkədə baş verənlərin kökündə Atatürk ideyalarının müdafiəçiləri ilə ölkəni islamlaşdırmağa çalışdığı iddia edilən hökumət arasında savaş dayanır. Məqalədə deyilir ki, ölkədə gərginlik AKP əleyhinə qaldırılan məhkəmə iddiasından sonra daha da yüksəlib. Nəticədə AKP hökuməti cümhuriyyət tarixində ilk dəfə ordu generalı rütbəsində olan zabitlər başda olmaqla bir qrup tanınmış şəxsi çevriliş hazırladıqları iddiası ilə həbs edib. Bu həbslər məhz AKP əleyhinə iddianı qaldıran baş prokurorun Konstitusiya Məhkəməsi qarşısındakı çıxışı ilə eyni vaxta təsadüf edib. “Türkiyədəki dünyəvilik tərəfdarları əmindir ki, bu həbslər AKP-nin ortaya qoyduğu intiqam planıdır. Ölkədə dünyəvilik tərəfdarları ilə siahlı qüvvələr əl-ələdir. Lakin dünyəvilik tərəfdarları ötənilki seçkilərdə uduzduqdan sonra ordudan kömək ummağa başlayıblar.” Məqalədə Türkiyədə siyasi islam məsələsi də geniş təhdid edilir. Bildirilir ki, AKP hökuməti iqtidara gələndən sonra ilk illərdə demokratikləşmə sahəsində sürətli islahatlar apardı. Lakin 2004-cü ildən bu islahatlar yavaşıdı və onun yerini hakimiyyət məstliyindən irəli gələn “xalqın iradəsi” şüarı aldı. Daha sonra AKP hökuməti universitetlərdə baş örtüsü qadağasını qaldırmaqla nümayiş etdirdi ki, bəzi haqlara digərlərindən daha çox üstünlük verir." Qəzet yazır ki, Türkiyədəki çəkişmələrdə Qərb böyük ölçüdə AKP-nin yanındadır və hətta bu işdə xeyli irəli gedib. Bildirilir ki, Avropa Komissiyasının son hesabatında Türkiyədə “avtoritar dünyəvilik tərəfdarları ilə müsəlman demokratlar arasında mübarizə getdiyi” deyilir. Məqalədə deyilir ki, artıq ölkədə uzlaşma imkanları tükənib: “Belə görünür ki, Ərdoğan dünyəvilik prinsiplərini tam qavramış deyil, o, müntəzəm olaraq dünyəviliyin fərdlər üçün deyil, dövlətlər üçün olduğunu deyir. Lakin Türkiyənin islam ölkəsinə çevrilməsi də ağlabatan deyil, ölkədə əhalinin cəmi 10 faizi şəriət qaydalarına uyğun idarəçiliyə tərəfdardır.” Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar