SON XƏBƏRLƏR

Atatürkün mavzoleyini ziyarət etmək istəməyən İran prezidenti Türkiyəyə səfərinin formatının dəyişdirilməsini tələb edib

2021.10.20, 07:36
Atatürkün mavzoleyini ziyarət etmək istəməyən İran prezidenti Türkiyəyə səfərinin formatının dəyişdirilməsini tələb edib

Gunaz.tv
Atatürkün mavzoleyini ziyarət etmək istəməyən İran prezidenti Türkiyəyə səfərinin formatının dəyişdirilməsini tələb edib ehmedinejat300708.jpg Ankara – APA. İran prezidenti Mahmud Əhmədinejad avqust ayında Türkiyəyə səfər edəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Abdulla Gülün dəvəti ilə həyata keçiriləcək səfərin dəqiq tarixi qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Türkiyənin “Star” televiziyası isə M. Əhmədinejadın Atatürkün Ankaradakı mavzoleyini ziyarət etmək istəmədiyi barədə xəbər yayıb. Telekanal bu səbəblə İran tərəfinin istəyi ilə səfərin rəsmi deyil, işgüzar xarakterli olacağını və İran prezidentinin İstanbula gələcəyini bildirib. Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Əhməd Nejdət Sezər İrana rəsmi səfər etsə də, səlahiyyət müddətinin sonuna qədər bu ölkə prezidentinə rəsmi dəvət göndərməyib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar