SON XƏBƏRLƏR

ATƏŞKƏSƏ ƏMƏL OLUNMUR

2021.10.20, 07:36
ATƏŞKƏSƏ ƏMƏL OLUNMUR

Gunaz.tv
ATƏŞKƏSƏ ƏMƏL OLUNMUR Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də günorta saatlarından başlayaraq Ermənistanın Berd və İcevan rayonları istiqamətindən Azərbaycanın Tovuz, Ağdam, Qazax rayonlarının kəndlərini, həmçinin Xocavənd, Tərtər, Füzuli rayonlarında yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutub. Cavab atəşi açılıb. İtki yoxdur. «Media forum» ----------------------------------------------------------------------- Azərbaycanda keçirilən ombudsmanların 6-cl beynəlxalq konfransı başa çatıb gulustan-sarayi.jpg Tədbirin sonunda Bakı bəyannaməsi qəbul edilib Azərbaycanda keçirilən ombudsmanların 6-cı beynəlxalq konfransı başa çatıb. Tədbirin sonunda Bakı bəyannaməsi qəbul edilib. Bəyannamədə insan hüquqlarının səmərəli müdafiəsi məqsədilə müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sənəddə, həmçinin universal və regional beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşviqi, əhalinin müxtəlif kateqoriyalarına mənsub qrupların hüquqlarının səmərəli müdafiəsi, azadlıqdan məhrumetmə yerlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ictimai nəzarət mexanizminin tətbiqi, ali təhsil müəssisələri nəzdində YUNESKO-nun insan haqqları kafedralarının yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi məsələləri yer alıb. Qeyd edək ki, “Qloballaşan dünyada insan hüquqları” mövzusunda keçirilən konfrans BMT-nin insan hüquqları bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Azərbaycanda insan hüquqları gününə həsr olunmuşdu./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar