SON XƏBƏRLƏR

ATƏT iqtidar-müxalifət dialoqu keçirəcək_Heykki Talvitiye: "Boykot yaxşı hal deyil"

2021.10.20, 07:36
ATƏT iqtidar-müxalifət dialoqu keçirəcək_Heykki Talvitiye: "Boykot yaxşı hal deyil"

Gunaz.tv
ATƏT iqtidar-müxalifət dialoqu keçirəcək Heykki Talvitiye: "Boykot yaxşı hal deyil" ATƏT ümid edir ki, Azərbaycandakı seçkilərdən sonra da Bakı ilə İrəvan arasındakı danışıqlar "masa üzərindəki prinsiplər əsasında" davam etdiriləcək. Bunu ATƏT-in xüsusi nümayəndəsi Heykki Tatvitiye dünən Bakıya səfərinin sonunda bəyan edib. O, iki gün ərzində ölkə rəsmiləri ilə əsasən 2 məsələni müzakirə edib: Qarabağ və seçkiqabağı vəziyyət. Talvitiye diqqəti ona yönəldib ki, bu gün və sabah Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Moskvada görüşəcək. ATƏT gözləyir ki, danışıqların hazırkı formatı gələcəkdə də rentabelli olsun və "daxili siyasi proseslərdən asılı vəziyyətə" düşməsin. "Hər hansı həll Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır. Bu, danışıqların əsas prinsipidir. Amma başqa prinsip də var - müqəddəratın həlli və onun əsasında Dağlıq Qarabağın statusunun müəyyənləşməsi. Əэər siz inanmırsınızsa ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu həll edilə bilər, onda az ümid var". ATƏT elçisi deyib ki, həmsədrlər güclü komandadırlar, belə ki, onlar "hər iki tərəfi sülhə həvəsləndirirlər": "Amma biz tərəflərin yerinə qərar verə bilmərik". Mətbuat konfrasında Talvitiyeyə daha çox seçkiqabağı vəziyyətlə bağlı suallar verildi. ATƏT nümayəndəsi səfərinin əsas nailliyyəti kimi sərbəst toplaşma haqqında vəziyyətlə bağlı rəsmi orqanlarla danışıqlarını qeyd etdi. "Belə bir razılıq əldə edilib ki, Meria ilə siyasi partiyalar arasında dialoq keçirilsin və gələcəkdə kütləvi aksiyaların keçirilməsi üçün konkret yerlər müəyyənləşsin. Mən tərəflərin belə bir dialoqa hazırlığını hiss etdim". Talvitiye onu da deyib ki, ATƏT-in Bakı ofisi hakimiyyət-müxalifət dialoqunun da təşkilinə çalışacaq. "Amma Azərbaycanda başa düşülməlidir ki, ATƏT-in buradakı işi seçkiləri qiymətləndirməkdir, səs vermək aə ya kimisə dəstəkləmək yox. ATƏT seçkilər zamanı burada olacaq. Biz prosesi qiymətləndirəcəyik və əlbəttə ki, tərəqqi görmək istəyirik". Amma xüsusi elçi diqqəti ona yönəldib ki, ATƏT-in seçkiyə müşahidəçilərini göndərməsi üçün Bakı dəvət yollamalıdır. Ondan sonra təşkilat öz uzunmüddətli və qısamüddətli missiyasını formalaşdıracaq. Talvitiye bir qrup müxalifət partiyalarının seçkini boykot etmə qərarına da toxundu: "Boykot, yaxşı hal deyil. Əlbəttə parityalar özləri qərar verməlidirlər. Bizimi işimiz onlara məsləhət verməkdir. Amma onlar mənim görüşdə boykot barədə heç bir söz deməyiblər. Biz bunu müzakirə etməmişik". Xüsusi elçinin sözlərinə görə, seçkiqabağı situasiyanın adekvat olması üçün bir çox səylər göstərlməlidir. Baxmayaraq ki, onun təbirincə, seçki məcəlləsi və sərbəst toplaşma haqqında qanuna dəyişikliklər "bütün standartlara cavab verir". "İndi əsas məsələ qanunların tətbiqinə nail olmaqdır", - o əlavə edib. Qeyd edək ki, ATƏT xeyli vaxtdır ki, Azərbaycanda seçkiöncəsi barışığa nail olmaq üçün siyasi partiyaların dialoqunu təşkil etmək istəyir. Təşkilatın Bakı ofisi hələ ötən ilin payızından dialoq üçün vasitəçiliyi üzərinə götürməyə hazırlığını da bəyan etmişdi. Diplomatik mənbələr isə bildirir ki, bunun baş tutmamasına səbəb ATƏT-in təklifinin siyasi qüvvələr tərəfindən müxtəlif mənalarda yozulması olub, belə ki, təşkilat dialoq yolu ilə həm də siyasi partiyaların bir-biri ilə sivil davranış qaydalarının da müəyyənləşməsinə yardım etmək istəyir. Buna baxmayaraq, ATƏT Azərbaycanda daxili islahatların intensivləşməsi üçün plan hazırlayıb. Sənəd həm 2005-ci ildəki sekidən sonra, həm də qarşıdan gələn seçkilərə qədər olan müddət ərzində verilmiş tövsiyələr əsasında görülməli fəaliyyəti əhatə edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da ölkədaxili islahatların sürətləndirilməsinə dair bir sıra təşəbbüslər irəli sürüb. Vyananı əsas narahat edən budur ki, parlament seçiklərindən (2005) sonra təşkilat tərəfindən irəli sürülmüş tövsiyələrə lazımi qaydada diqqət göstərilməyib. Ancaq ATƏT-in bir sıra uzun müddətli tövsiyələri də var ki, onlara yenidən əl gəzdirilməlidir. Beləliklə, Vyana "çıxış yolu"nu birgə fəaliyyət planında görüb. "Vacib olanı budur ki, problemlərin öhdəsindən gəlmək üçün vasitələr və konkret tədbirlər müəyyənləşsin. Təki islahat olsun", - ATƏT yetkililəri təşəbbüslərini belə izah edirlər. Onların fikrincə, hökumət planlı islahatlar aparmalıdır. Məsələn, qanunun hakim olmadığı sahələrdə çatışmazlıqları aradan qaldırmaq üçün hüquqi bazanın təkmilləşməsi ilə yanaşı, bu sahəyə nəzarət mexanizminin və açıq siyasətin tətbiqinə fikir verilməlidir: "Biz başa düşürük ki, bunlar böyük və ciddi məsələlərdir. İnsan haqlarının qorunmasında ən asan həll variantı - onu insanların öz nəzarətinə buraxmaqdır. Çıxış yolu birgə əməkdaşlıqdadır". Bu arada, ATƏT Azərbaycanı KİV-in özünüidarə mexanizmlərini yaxşılaşdırmağa çağırır. Bunu "Ekspress"ə təşkilatın Mətbuat Azadlığı Bürosunun baş məsləhətçisi Aleksandr Boldırev bildirib. Onun fikrincə, regionda azad mətbuatla bağlı ümumi vəziyyətin yaxşılaşması üçün bir sıra dəyişikliklər lazımdır. Məsələn, xarici müdaxilə olmadan, jurnalist materialları üzrənidəki təsir redaktorların məsuliyyətində olmalıdır ki, bu da KİV-in özünütənzimləmə sistemi tərəfindən təmin oluna bilər: "Bir sözlə, hökumət mediaya təsirdən çəkinməlidir. Belə mexanizmlər ümumi qayadalara könüllü əməl etmə tələb edir". Boldırev xatırladır ki, "Diffamasiya haqqında" qanunun qəbul edilməsi üçün ATƏT bir neçə dəfə rəsmi Bakıya müraciət edib. İndi də Vyana Azərbaycanda mətbuatın problemlərinin həlli üçün mexanizmlər axtarır: "Biz bilirik ki, böhtana görə cinayət məsuliyyəti məsələsi təkcə Azərbaycana aid problem deyil. Bu məsələ bir çox ölkələrdə hələ lazımi hüquqi mexanizmini tapmayıb. Lakin bu boşluq hakimiyyətlərin əlində vasitəyə çevrilməməlidir". Eyni zamanda, Boldırevə görə, "bir çox ATƏT ölkələrində jurnalistlərin etik və davranış məcəllələrinin qəbul olunmasına baxmayaraq, təşkilata üzv ölkələrin hamısı üçün vahid bir sənədin qəbul olunması aktual məsələdir". Bu, KİV-in özünütənzimləməsinin mühüm tərkib hissəsidir. "Azərbaycanda medianın azadlığı məsələsi bizim dialoqlarımızın əsas fokusudur. Bmz jurnalistlərin həbsini diqqətdə saxlayırıq", - bunu isə Talvitiye Bakı görüşlərindən sonra bəyan etdi. Sonda qeyd edər ki, müxalifət düşərgəsində ATƏT elçisinin səfərindən o qədər də razı olmayıblar. Məsələn, Talvitiye ilə görüşlərdə iştirak etmiş Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan deyib ki, ATƏT elçisi "hakimiyyətpərəst mövqe tutur". Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar