SON XƏBƏRLƏR

ATƏT PA Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

2021.10.20, 07:36
ATƏT PA Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Gunaz.tv
ATƏT PA Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir ABŞ isə Abxaziyada sülhməramlı əməliyyatlar üçün polis birləşməsinin yaradılmasını təklif edir Qazaxıstanının paytaxtı Astanada öz işinə başlayan ATƏT Parlament Assambleyasında (PA) Gürcüstanın ərazi bütövlüyünün qonumasının zəruriliyi vurğulanıb. ATƏT PA-nın sədri Qoran Lenmarker deyib ki, ATƏT üzvlərinin hamısının mövqeyi belədir ki, Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Rəvan "BMT Abxaziyayla bağlı məsələnin həllinin tapılmaıyla əlaqədar cavabdehliyi öz üzərinə götürüb, amma ATƏT prosedur hallarına görə cavabdehdir. Biz kompromis variant tapmaq və münaqişənin sülh yoluyla həllinə nail olmaq istəyirik. Ən əsası Gürcüstanın və bütün ATƏT üzvlərinin ərazi bütövlüyünün təmin olunmasıdır". ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza bildirib ki, münaqişə bölogəsindəki sülhməramlı missiyanın Qali rayonunda əhalini müdafiə etmək məqsədiylə hərbi əməliyyat keçirmək üçün mandatı yoxdur: "Ona görə də düşünürəm ki, tezliklə nə isə əlavə etmək lazımdır ki, hərbi əməliyyatlar keçirmək imkanı yaransın. Yəqin ki, ən yaxşı variant budur ki, bu funksiyanı gürcü və abxazlar öz üzərlərinə götürsünlər və birgə polis birləşməsi yaratsınlar. Biz MDB sülhməramlılarının formatını dəyişməyə çağırmırıq, hesab edirik ki, Qali rayonu üçün əlavə rıçaqlar yaratmaq zəruridir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar