Aviqdor Liberman: “Ərəblər artıq başa düşüblər ki, onların düşməni İsrail yox, İran rejimidir”

06.09.2018, 10:55

GünAzTV: İsrailin müdafiə naziri Aviqdor Liberman, sentyabrın 5-də “Azadlıq radiosu”nun fars redaksiyasına müsahibəsində, İranla İsrail xalqlarının tarixi dostluğundan, islam respublikasının Suriyadakı hərbi mövcudluğundan və onun bölgənin ərəb ölkələrinə qarşı düşmənçiliyindən danışıb.

 

Liberman bildirib ki, İsrail İranın Suriyada hərbi mövcudluğunu möhkəmləndirməsinin qarşısını almaqda qərarlıdır: “Biz buna heç vaxt imkan verməyəcəyik. Bu, bəlkə də ilk dəfədir ki, regionun mötədil siyasət yürüdən ərəb ölkələri artıq başa düşüblər ki, onların düşməni İsrail, yəhudilər və sionizm yox, İranın radikal və ekstremist rejimidir. Ərəblərin İsrailə qarşı baxış tərzində müsbət dəyişikliklərə görə də, biz əlbəttə ki, İran rejiminə borcluyuq. Bu isə irəliyə doğru bir addımdır.

 

Biz, İranın Suriyadakı hərbi qüvvələrini və onların hər bir hərəkətini diqqət mərkəzində saxlayır və onun Suriyanı İsrailə qarşı bir hərbi bazaya çevirməsinin qarşısını alacağıq. Ümid edirik ki, bizim İrana bu mesajımız kifayət qədər açıq və şəffafdır və onlar bunu başa düşəcəklər. Biz, qonşuluğumuzda İsrailə qarşı hər hansı bir hərbi bazanın yaranmasının qarşısını almaq üçün əlimizdən gələni edəcək, istənilən addımı atacağıq.

 

Hesab edirik ki, İran müstəqil bir ölkədir. Onun Suriya ilə iqtisadi və diplomatik sahələrdə  əməkdaşlıq etməyə tam haqqı var. Biz buna qarşı çıxmırıq. Lakin biz, İranın Suriyada hərbi mövcudluğunu davam etdirməsinə qarşı çıxır, onun ölkəmizə ziyan vurmasına və bölgənin sabitliyini pozmasına imkan verməyəcəyik.

 

Bizim İran milləti ilə heç bir problemimiz yoxdur. Problemimiz yalnız, doqmatik bir ideologiyaya malik, dəli və kobud İran rejimi ilədir. Hamının bildiyi kimi, İran rəsmiləri tez-tez öz çıxışlarında açıq-aşkar İsraili məhv etmək niyyətlərindən danışırlar. Onlar heç vaxt bizim varlığımızı tanımayacaqlar. Onlar, hətta öz ballistik raketlərinin üstündə ivrit (ebri) dilində İsrailin yer üzündən silinib məhv olunması barədə şüarlar yazır, bizi təhdid edirlər. Biz isə buna imkan verməyəcəyik”.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiya hərbçiləri Severodonetski ələ keçirib

2022-06-25

gun az article

Çavuşoğlu və Blinken telefonla danışdı

2022-06-25

gun az article

İranlı Norveçdə gecə klubuna hücum edib-Ölən və yaralananlar var

2022-06-25

gun az article

İran mollası həbsdəki əlaltısına görə Azərbaycanı hədələdi

2022-06-25

gun az article

Ceyhun Bayramov Avstriya səfiri ilə görüşüb

2022-06-25

gun az article

Ərdoğan və NATO Baş katibi arasında telefon danışığı olub

2022-06-25

gun az article

"Qız məktəblərində kişi müəllimlərin dərs deməsi qadağandır"-İran Təhsil Nazirliyi

2022-06-25

gun az article

İranda 13 milyon nəfər marginal bölgələrdə yaşayır

2022-06-25

gun az article

Britaniyanın Baş naziri: "Putinin qələbəsi fəlakətə səbəb olacaq"

2022-06-25

gun az article

Türkiyədə İrana bağlı daha 3 terror qrupu həbs edilib

2022-06-25

gun az article

Kərəcdə daha iki məhkum edam edilib

2022-06-25

gun az article

"Çətinliklər yalnız dini qaydalara əməl olunacağı təqdirdə həll ediləcək"-Məşhədin cümə imamı

2022-06-25

gun az article

İranda vəba xəstəliyi yayılıb

2022-06-25

gun az article

Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb

2022-06-25

gun az article

Avropa Birliyinin nümayəndəsi gözlənilmədən Tehrana səfər edib

2022-06-25

gun az article

Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb

2022-06-25

gun az article

Son bir ayda İrandakı edam sayında rekord

2022-06-25

gun az article

Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki öldürülüb

2022-06-24

gun az article

Mehdiabad kitabxanasında kəşfiyyatçı İlkin Nəcəfovla görüş keçirilib

2022-06-24

gun az article

Qazaxıstandan Bakıya təyyarə reysləri açılır

2022-06-24