SON XƏBƏRLƏR

Aviqdor Liberman: “Suriyanın istənilən yerində İranın hərbi mövcudluğuna qarşı çıxacağıq”

2021.10.20, 07:36
Aviqdor Liberman: “Suriyanın istənilən yerində İranın hərbi mövcudluğuna qarşı çıxacağıq”

Gunaz.tv

GünAzTV: İsrailin müdafiə naziri Aviqdor Liberman iyulun 10-da Colan yüksəkliklərinə baxış keçirərərkən hərbçilər qarşısında çıxış edərək İranın Suriyadakı hərbi mövcudluğundan və onun ölkəsinə qarşı təhdidindən danışıb.

 

Liberman bildirib ki, İsrail, İranın Suriyadakı hərbi mövqeyini məhkəmləndirməsinə imkan verməyəcək: “İranın Suriyada hərbi mövcudluğu üçün heç bir məntiq və əsas yoxdur. Biz dəfələrlə bildirmişik ki, bununla barışmayacaq, İranın Suriyada öz nüfuzunu artırmasına icazə verməyəcəyik.

 

Bizim üçün fərqi yoxdur ki, İranın Suriyadakı hərbi qüvvələri sərhədlərimizin 40 kilometrliyində olsun və ya 80 kilometrliyində. Biz artıq, Suriyanın istənilən yerində İranın hərbi mövcudluğuna qarşı çıxacağıq”.

 

Qeyd edək ki, son aylar, İsrail hava qüvvələrinin Suriyanın “T-4” hərbi hava bazasına qarşı raket hücumları nəticəsində onlarla “Sepah”çı həlak olub. İsrail ordusu həmçinin Suriyanın müxtəlif bölgələrində İran hərbi qüvvələrinin 50-yə yaxın bazasını bombardman edərək məhv edib.

 

İyulun 8-də isə İsrailin Suriyanın Homs əyaltində, Palmira şəhəri yaxınlığında yerləşən “T-4” hərbi hava bazasına raket hücumunda onlarla hərbi həlak olub. Ölənlər arasında “Sepah”çılar da var.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar