SON XƏBƏRLƏR

Avropa Birliyi insan hüquqlarını pozan İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaların vaxtını yenidən uzadıb

2021.10.20, 07:36
Avropa Birliyi insan hüquqlarını pozan İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaların vaxtını yenidən uzadıb

Gunaz.tv

GünazTV: Avropa Birliyinə üzv ölkələrin nümayəndələri martın 6-da Brüsseldə bir araya gələrək, İranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa əli olan İranın bir sıra rəsmilərinə qarşı tətbiq edilən sanksiyaların müddətini yenidən uzadıblar.

Toplantıya qatılan avropalı diplomatlar jurnalistlərə bildiriblər ki, onlar bəzi İran rəsmilərinə qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılması barədə tam razılığa gəliblər.

Avropa Birliyinin sanksiyalarına məruz qalan 82 İran rəsmisi, əsasən inqilab məhkəmələrinin hakimləri, İran Məhkəmə Sistemininin rəsmiləri, “Sepah” komandirləri, polis qüvvələrinin komandanları və kiber sahəsi üzrə fəaliyyət göstərən bir qurumdur.

Avropa Birliyinin 2011-ci ildə tətbiq etdiyi və bir neçə dəfə vaxtını uzatdığı sanksiyalar siyahısına, İranın bir sıra keçmiş və hazırkı rəsmiləri, o cümlədən də, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri, İran Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Həsən Firuzabadi, Xamneyinin “Sepah”dakı keçmiş nümayəndəsi Əli Səidi, “Sepah”ın ETTELAAT Təşkilatının rəisi Hüseyn Taib, “Bəsic” təşkilatının keçmiş komandanı Məhəmmədrza Nəqdi, İran hüquq-mühafizə qüvvələrinin keçmiş komandanı İsmayıl Əhmədi Müqəddəm, İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani və onun müavini Qulamhüseyn Möhsüni Ejei, Tehranın keçmiş prokururu Səid Mürtəzəvi və başqaları daxildir.

Bildirilir ki, həmin şəxslər 2009-ci ildə İranda keçirilən prezident seçkilərinin saxtalaşdırılmış nəticələrinə qarşı kütləvi etirazlarda həbs edilən dinc aksiyaçılara qarşı tətbiq edilən təzyiq, işgəncə və repressiyalarda birbaşa rol oynayıblar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar