SON XƏBƏRLƏR

Avropa Birliyi İran Milli Bankının hesablarını dondurdu

2021.10.20, 07:36
Avropa Birliyi İran Milli Bankının hesablarını dondurdu

Gunaz.tv
Avropa Birliyi İran Milli Bankının hesablarını dondurdu iran-bank.jpg Avropa Birliyi İranın ən iri bankı olan “Bank Melli”nin (İran Milli Bankının) bütün hesablarını dondurub. Lent.az-ın “BBC News”ə istinadən verdiyi məlumata görə, bu addım Tehranın uranın zənginləşdirilməsi prosesini dayandırmaq istəməməsi səbəbindən atılıb. ABŞ “Bank Melli”ni hələ 2007-ci ildə “qara siyahı”ya salıb. Bu isə o deməkdir ki, bankın ölkə ərazisində aşkar edilən istənilən aktivi dondurulacaq. AB ölkələri və ABŞ “Bank Melli” ilə bağlı iqtisadi sanksiyaları sərtləşdirmək barədə razılığa gəliblər. BMT Təhlükəsizlik Şurası hələ 2008-ci ilin martında İranla bağlı növbəti qətnamə qəbul edib. Bu qətnamə iqtisadi sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Söhbət ilk növbədə bəzi İran şirkətlərinin və banklarının hesablarının dondurulmasından gedirdi. Lakin o zaman sanksiyalar tətbiq edilməmişdi. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar