Avropa Birliyi Kubaya qarşı sanksiyaları ləğv edib.Rövşən Qənbərov

2008-06-22 20:10

Avropa Birliyi Kubaya qarşı sanksiyaları ləğv edib Rövşən Qənbərov Kubaya bəziləri «Azadlıq adası» deyirlər, amma bəlkə də azadlığı bu ölkənin vətəndaşları qədər arzu edən çox azdı. 50 ilə yaxın çəkən Fidel Kastro hakimiyyəti bu yaxınlarda sona yetib, on

Gunaz.tv Quote | Gunaz article

Avropa Birliyi Kubaya qarşı sanksiyaları ləğv edib Rövşən Qənbərov Kubaya bəziləri «Azadlıq adası» deyirlər, amma bəlkə də azadlığı bu ölkənin vətəndaşları qədər arzu edən çox azdı. 50 ilə yaxın çəkən Fidel Kastro hakimiyyəti bu yaxınlarda sona yetib, onun qardaşı Raul Kastro dövlət başına gələn kimi sıravi insanların həyatını asanlaşdıracaq bəzi islahatlar aparıb. İndi imkanlı şəxslər fərdi kompyuterlər və mobil telefonlar ala, maşın kirayəyə götürə və bir zamanlar ancaq əcnəbilər üçün nəzərdə tutulan otellərdə qala bilərlər. Raul Kastro indiyəcən Kubanın sosialist cəmiyyətinin dayaqlarından olmuş hamıya bərabər maaş prinsipini ləğv edib. Bundan başqa, fermerlərin qazanclarının artması gözlənilir. Yeni rəhbər həm də bir neçə ölüm hökmünü ləğv edib və bir sıra siyasi məhbusları azadlığa buraxıb. Bütün bunları nəzərə alan Avropa Birliyi iyunun 20-də Kubaya qarşı sanksiyaları ləğv edib. Birliyin xarici əlaqələr komissarı Benita Ferrero Valdner deyib ki, məqsəd Kubanı daha çox islahat aparmaq üçün həvəsləndirməkdi: «Düzdür, Kubaya qoyulan sanksiyalar götürülüb, amma biz baxacağıq görək hökumət necə hərəkət edəcək. Görüləsi işlər arasında siyasi məhbusların azadlığa buraxılması, insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması əsas yer tutmalıdı, görək necə olur». Çexiyanın Xarici İşlər naziri Şvarsenberq deyib ki, Kubada insan haqlarının vəziyyəti diqqətdə saxlanacaq və situasiya düzəlməsə, sanksiyalar bərpa edilə bilərAvropa Birliyi Kubaya qarşı sanksiyaları 2003-cü ildə qoymuşdu və iki il sonra dondurmuşdu. Sanksiyalara görə, Avropa Birliyi və Kubanın yüksək vəzifəli rəsmiləri görüşə bilməzdilər. Hərçənd bu sanksiya ABŞ-ın Kubaya qoyduğu ticarət və sərmayə embarqosundan çox yüngüldü. Avropa Birliyindəki səsvermədən əvvəl Amerika xəbərdarlıq edib ki, sanksiyaların götürülməsi Kubanın diktator rejiminə legitimlik bəxş etməkdi. Vaşinqton Raul Kastronun apardığı islahatları səthi, kosmetik hesab edir. Bir Havana sakini isə «Röyters»ə deyib ki, Raul da elə qardaşının tayıdı və hakimiyyətin əsas dayağı yenə də zorakılıqdı: «Məncə, Raulla Fidel arasında heç bir fərq yoxdu. Raul da inqilabın davamçısıdı. Əgər Avropada düşünürlərsə ki, onlar arasında fərq var, Raul nəyisə dəyişdirəcək, onda özlərini aldadırlar». Başqa bir paytaxt sakini isə avropalıların addımını alqışlayır: «Məncə, bu ağıllı addımdı, ən azı onlar göstərirlər ki, Amerikanın oynadığı oyunda iştirakçı deyillər. Sanksiyaların götürülməsi yeni dövrün məntiqinə uyğundu və dünya bu yolla getməlidi». Avropada Kubaya qarşı sanksiyaların götürülməsi tərəfdarlarına İspaniya başçılıq edib. Çexiya və bir sıra ölkələr bunun əleyhinə çıxıblar. Çexiyanın Xarici İşlər naziri Şvarsenberq deyib ki, Kubada insan haqlarının vəziyyəti diqqətdə saxlanacaq və situasiya düzəlməsə, sanksiyalar bərpa edilə bilər. Kubanın özündə isə hələ də bir çox insanın arzusu nə yolla olursa-olsun qonşuluqdakı Amerikaya keçmək və azadlıq havasını doyunca sinəsinə çəkmək, azad dünyanın bir parçası olmaqdı. azadliq radiosu
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Milli fəal Əli Vasiqi Ərdəbil həbsxanasına geri dğnüb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15