SON XƏBƏRLƏR

Avropa Birliyinə üzv 28 ölkənin səfirləri İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər

2021.10.20, 07:36
Avropa Birliyinə üzv 28 ölkənin səfirləri İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər

Gunaz.tv

GünAzTV: Avropa Birliyinə üzv 28 ölkənin səfirləri martın 28-də İrana qarşı mümkün yeni sanksiyaların tətbiqini müzakirə ediblər. Bu barədə avropalı diplomatlar məlumat yayıb.

 

Yayılan məlumatda bildirilir ki, apardığı ballistik raket proqramına görə, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı təklif, rəsmi Tehranla nüvə danışıqları aparmış 5+1 qrupuna üzv Böyük Britaniya, Fransa və Almaniya üçlüyü tərəfindən irəli sürülüb. Təxmin edilir ki, İrana qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı təklif, Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin aprelin 16-da Lüksemburqda keçiriləcək növbəti toplantısında qəbul ediləcək.

 

“Röyters” agentliyinin yaydığı məlumatda bildirilir ki, Böyük Britaniya, Fransa və Almaniyanın təklifinə əsasən, Avropa Birliyi, Vaşinqtonun nüvə sazişindən çıxmasının qarşısını almaq üçün İrana qarşı yeni sanksiyalar tətbiq etməlidir. Tehrana qarşı tətbiq ediləcək yeni sanksiyalar isə, İranın apardığı ballistik raket proqramı və Suriyakı vətəndaş müharibəsində oynadığı rolu ilə əsaslandırılır.

 

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Amerikanın digər rəsmiləri bundan əvvəl bildiriblər ki, əgər İranla imzalanmış nüvə sazişinə düzəlişlər edilməsə, Vaşinqton qarşıdan gələn may ayının ortalarına qədər bu razılaşmadan çıxa bilər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar