SON XƏBƏRLƏR

Avropa Birliyini ən çox kiçik dövlətlər dəstəkləyir

2021.10.20, 07:36
Avropa Birliyini ən çox kiçik dövlətlər dəstəkləyir

Gunaz.tv
Avropa Birliyini ən çox kiçik dövlətlər dəstəkləyir Türklərin 17 faizi AB haqqında "çox müsbət", 32 faizi "olduqca müsbət" düşünür avropabirliyi.jpg Avropa Birliyinin "Eurobarometre" sorğu mərkəzi Türkiyədə AB üzvlüyünə verilən dəstəyin son 6 ayda dəyişməyərək 49 faizdə qaldığını ortaya qoyub. Bu mərkəz 29 mart-6 aprel tarixlərində Türkiyədə 1003 nəfər arasında sorğu keçirib. Məlum olub ki, "Avropa Birliyi üzvlüyünün Türkiyə üçün faydalı olduğunu" düşünənlərin sayı son 6 ayda 53 faizdən 58 faizə artıb. Türklərin 17 faizi Avropa Birliyi haqqında "çox müsbət", 32 faizi "olduqca müsbət", 13 faizi "olduqca mənfi" və 15 faizi "çox mənfi" düşünür, 16 faizi "bitərəf" qalıb, cəmi 7 faiz fikir bildirməyib. Göytürk AB-yə ən yüksək dəstək 75 faizlə Hollandiyada və 73 faizlə son referendumda Lissabon müqaviləsini rədd edən İrlandiyada verilib. Yeni üzvlərdən olan Litvada AB-yə verilən dəstəyin 29 faizə qədər geriləməsi diqqəti çəkib. Türkiyə ilə birlikdə qatılım müzakirələrinə qoşulan Xorvatiyada və AB-nin siyasətinə tarixi səbəblərlə daim şübhəli baxan ingilislərin dəstəyi cəmi 30 faizdir. "Eurobarometre" yaz araşdırmasında AB üzvlüyünə ən az dəstək verən ölkələrin sırasında Macarıstan (32 faiz), Avstriya (36 faiz), İtaliya (39 faiz) var. Avropa Birliyi üzrə ortaq rəqəm 52 faiz hesablanıb. Araşdırma son 6 ayda Türkiyədə AB-yə etibarın 25 faizdən 31 faizə çıxdığını, amma bu rəqəmin AB üzrə ortaq faizdən az olduğunu üzə çıxarıb. "Eurobarometre"yə görə, son 6 ayda Türkiyədə AB Komissiyasına etibarın 17 faizdən 23 faizə və Avropa Parlamentinə etibarın 20 faizdən 25 faizə yüksəlib. AB-yə ən böyük etibar, dəstək 71 faizlə Kiprin rum hissəsində qeydə alınıb. Bundan başqa, Estoniya (69 faiz), Slovakiya (67 faiz), Sloveniya (66 faiz) və Malta (65 faiz) ilə digər kiçik ölkələr AB-ni daha çox dəstəkləyirlər. "Eurobarometre" son 6 ayda Türkiyədə TBMM-yə etibarın 64-dən 47 faizə və hökumətə etibarın isə 63-dən 47 faizə gerilədiyini aşkarlayıb. Araşdırma bütün AB ölkələrində milli parlamentlərə etibarın 34 faizə və milli hökumətlərə etibarın isə 32 faizə qədər gerilədiyini ortaya qoyub. Rəy sorğusunda Türkiyənin ən böyük problemləri kimi 55 faizlə işsizlik, 44 faizlə terrorizm, 35 faizlə iqtisadi vəziyyət, 15 faizlə inflyasiya, 10 faizlə cinayətkarlıq, 9 faizlə təqaüd sistemi, 8 faizlə təhsil sistemi və 4 faizlə səhiyyə sistemi şəklində sıralanıb. Altı ay əvvəl isə Türkiyənin əsas problemlərinin sırasında ilk yerdə terrorizm (77 faiz) sonra işsizlik (57 faiz) və iqtisadi vəziyyət (23 faiz) dayanırdı. "Eurobarometre"nin bahar araşdırmasında türklərin 30 faizi "ən böyük qlobal problem" kimi qlobal istiləşməni, 29 faizi aclığı və susuzluğu, 19 faizi beynəlxalq terrorizmi, 7 faizi silahlı toqquşmaları, 4 faizi nüvə silahlarınının yayılmasını, 3 faizi qlobal iqtisadi böhranı göstərib. Quzey Kıbrıs Türk Cümşuriyyətində AB-yə etibar əvvəlki araşdırmanın nəticələrindən fərqlənib, 17 faiz artaraq 47 faizə çatıb. QKTC-də AB haqqında "çox müsbət" düşünənlərin sayı 22 faiz, "olduqca müsbət" düşünənlərin sayı 30 faizə çatıb, 29 faiz isə bitərəf qalıb. Son 6 ayda Kıbrıs türklərinin Avropa Parlamentinə güvəni 44 faizə, AB Komissiyasına etibarı 41 faizə qədər artıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar