SON XƏBƏRLƏR

AVROPA BİRLİYİNİN QARA SİYAHISINA DÜŞƏN 20 İRAN RƏSMİSİNDƏN 3-nün ADI BİLİNDİ

2021.10.20, 07:36
AVROPA BİRLİYİNİN QARA SİYAHISINA DÜŞƏN 20 İRAN RƏSMİSİNDƏN 3-nün ADI BİLİNDİ

Gunaz.tv
AVROPA BİRLİYİNİN QARA SİYAHISINA DÜŞƏN 20 İRAN RƏSMİSİNDƏN 3-nün ADI BİLİNDİ Avropa Birliyi Şurasının Lüksemburq toplantısında İrana yeni sanksiyaların tətbiqinə qərar verildikdən bir gün sonra - iyunun 24-də qurumdan viza almasına qadağa qoyulan 20 İran rəsmisindən 3-nün adı bəlli olub. «Media forum» saytının məlumatına görə, bunlar İran Atom Enerjisi Təşkilatının rəisi Qulamrza Ağazadə, müdafiə naziri Mustafa Məhəmməd Nəccar və İnqilab Keşikçiləri Korpusunun («Sepah») komandanı Məhəmmədəli Cəfəridir. Onlar İranın nüvə proqramındakı rollarına görə sanksiyaya məruz qalıblar. «Media forum>> ------------------------------------------------------------------- Terri Devis: “GUAM-la əməkdaşlığa böyük maraq göstərirəm” “GUAM ilə formal olaraq münasibətlər qurmağımız üçün artıq bir neçə qərar qəbul olunub”. Bu fikirləri Avropa Şurasının baş katibi Terri Devis Strasburqda keçirdiyi mətbuat konfransında söyləyib. O, təmsil etdiyi qurumun GUAM-la əməkdaşlığında maraqlı olduğunu bildirib: “Mən həmişə GUAM-ın konfranslarında iştirak etmək üçün dəvət alıram və inanıram ki, gələcəkdə də bu konfranslara dəvət olunacağam. Özüm gedə bilməsəm də, GUAM-ın tədbirlərinə mütləq Avropa Şurasının yüksək vəzifəli şəxslərini göndərirəm. Mən şəxsən BMT və digər beynəlxalq təşkilatlar kimi GUAM-la da əməkdaşlığa böyük maraq göstərirəm”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar