SON XƏBƏRLƏR

Avropa İttifaqı 10 ölkəyə maliyyə yardımı ayıracaq

2021.10.20, 07:36
Avropa İttifaqı 10 ölkəyə maliyyə yardımı ayıracaq

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı 10 ölkəyə 3 milyard avro məbləğində maliyyə yardımı ayırmağa hazırlaşır.

 

"Report" “TRT Haber”ə istinadən xəbər verir ki, məqsəd həmin ölkələrin iqtisadiyyatına dəyən ziyanı azaltmaqdır.

 

Bildirilib ki, Albaniyaya 180, Bosniya və Herseqovinaya 250, Gürcüstana 150, İordaniyaya 200, Kosovaya 100, Moldovaya 100, Monteneqroya 160, Tunisə 600, Şimali Makedoniyaya 160 milyon, Ukraynaya isə 1,2 milyard avro maliyyə dəstəyi veriləcək.

 

Məlumatda maliyyə dəstəyinin makroiqtisadiyyata sərf edilməsinin nəzərdə tutulduğu vurğulanıb.

 

Qərar Avropa Parlamenti və Avropa İttifaqı Şurasının təsdiqindən sonra qüvvəyə minəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar