Avropa ölkələri: "İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz"

2020-09-11 16:53

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Avropaya səfəri ərəfəsində ötən gün Londonda nüvə razılaşmasına üzv Avropa ölkələrinin XİN rəhbərlərinin iclası keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Almaniyalı və fransalı həmkarları ilə keçirilən həmin toplantıdan sonra Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib ki, İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz. 


O, həmçinin rəsmi Tehranı nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və razılaşmanı qoruyub saxlamağa çağırıb. 


Fransanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə qeyd edilir ki, bu ölkənin XİN rəhbəri Jan-İv Le Drian iclas zamanı öz həmkarlarına nüvə razılaşmasını qoruyub saxlamağın vacib olduğunu vurğulayaraq, ABŞ-ın İrana qarşı beynəlxalq sanksiyaları yenidən tətbiq etmək istəməsini tənqid edib. 


O da İrandan nüvə razılaşması çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə, Hərtərəfli Birgə Fəaliyyət Proqramı ilə ziddiyyət təşkil edən hər bir addımdan çəkinməyi istəyib. 


Qeyd etmək lazımdır ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bir müddət əvvəl rəsmi Tehrana qarşı beynəlxalq embarqoların sentyabrın 20-dən etibarən yenidən qüvvəyə minəcəyini bəyan edib. Onun sözlərinə görə, ABŞ BMT-nin Təhlükəsizlik Şurasından nüvə öhdəliklərini pozduğu üçün İrana qarşı tətik mexanizmini işə salmasını istəyib. 


Pompeo, həmçinin qeyd edib ki, TŞ-ya üzv ölkələrdən biri sanksiyaların yenidən tətbiq edilməməsi istiqamətində qətnamə layihəsi irəli sürsə, rəsmi Vaşinqton ona veto qoyacaq, yox əgər bu hal baş verməsə, sanksiyalar yuxarıda göstərilən tarixdən etibarən avtomatik olaraq işə düşəcək. 


Nüvə razılaşmasına üzv digər ölkələr, habelə Avropa İttifaqı İrana qarşı yenidən beynəlxalq sanksiyaların tətbiq edilməsinə qarşı çıxır. 


Digər tərəfdən, bir neçə günə Məhəmməd Cavad Zərifin Avropaya rəsmi səfərə gedəcəyi gözlənilir. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18