Avropa Parlamenti İranda edama məhkum olunmuş güneyli alimin sərbəst buraxılmasını tələb etdi

2021-07-11 21:43

Avropa Parlamenti əslən güneyli alim, professor Əhməd Rza Cəlali və İranda həbsdə olan başqa avropalıların dərhal azad olunmalarını tələb edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Fransa radiosu xəbər yayıb. Məlumata görə, Avropa Parlamenti, İran hökumətini Əhməd Rza Cəlaliyə qarşı irəli sürülən bütün ittihamların ləğvini və azərbaycanlı alimin dərhal azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edib.

İyulun 8-də müzakirəyə çıxarılan qətnamənin lehinə 666, əleyhinə 5  nümayəndə səs verib. 16 nəfər səsvermədə bitərəf qalıb.

Qətnamədə Güney azərbaycanlı alimin barəsində çıxarılan edam hökmünün ləğv olunması, onun azadlığa buraxılması ilə yanaşı başqa iranlı-avropalı məhbusların da sərbəst buraxılması qəti şəkildə tələb edilir.

Eyni zamanda Avropa Şurasından bu şəxslərin saxlanılmasında əli olan və qərar verən İran səlahiyyətlilərinin cəzalandırılması tələb olunur.  

Avropa Parlamenti öz qətnaməsində İranda insan haqlarının pozulmasını, vətəndaşların özbaşına saxlanılmasını, mühakimə olunmasını və həbs edilməsini, onların barəsində haqsız hökmlər verilməsini qınayıb.

Qətnamədə qeyd olunur ki, professor Əhməd Rza Cəlali Brüsselin Azad Universitetinin təcili tibbi yardım üzrə mütəxəssisi və Şərqi Piemonte Universitetinin professorudur. O, 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana gedib və aprelin 24-də təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. 

Əhməd Rza Cəlalidən işgəncə altında casusluq barədə məcburi etiraf alınıb, o, 2018-ci ilin oktyabr ayında ədalətsiz bir məhkəmə qərarı ilə edama məhkum olunub. Həmin ilin iyun ayının 17-də isə onun barəsində çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Əldə olunan məlumatlara görə,  məhkəmədə Əhməd Rza Cəlalinin təqsirini sübut edən heç bir dəlil təqdim edilməyib və mühakimə yalnız öncədən hazırlanmış mətndən oxuduğu məcburi etiraflara əsaslanıb.

2020-ci ilin 24 noyabrdında İran İslami İnqilab Məhkəməsi Əhməd Rza Cəlalinin edam qabağı hazırlıq üçün təkadamlıq kameraya köçürüldüyü barədə məlumat yayıb. Ancaq 100 gün təkadamlıq kamerada edam qorxusu altında saxlanıldıqdan sonra alim yenidən həbsxananın ümumi bölməsinə köçürülüb.

Avropa Parlamentinin qətnaməsində BMT-nin İşçi Qrupunun 2017-ci ilin noyabr ayında özbaşına həbslər barədə yayınladığı və Əhməd Rza Cəlalinin həbsini ədalətsiz adlandırdığı hesabatını xatırladılır.   

Avropa Birliyinin qanunverici orqanı İranda ikili vətəndaşlığı olan əcnəbilərin saxlanılmasını xarici hökumətlərə təzyiq göstərmək üçün atılan addım olduğunu qeyd edir.

Onların hamısının, o cümlədən, iranlı-fransalı araşdırmsçı Fəriba Ədalətxah, fransalı səyyah Nencamin Beriyer, iranlı-almaniyalı memar Nahid Təqəvi, Avstriya vətəndaşları Kamran Qadiri və Məsud Müsahib, Britaniya vətəndaşları Murad Tahbaz, Ənuşə Aşuri, Mehran Rəuf və Nazənin Zağərinin dərhal azad olunmasını tələb edir.

Parlament Avropa Birliyi Şurasını İran və Avropa ölkələri vətəndaşlarının özbaşına mühakimə olunmasında və həbs edilməsində əli olan İran rəsmiləri və qurumlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır. 
 
Avropa Parlamenti bir daha İran hökumətinin dünyada öz vətəndaşlarına qarşı ən çox edam hökmü verdiyini xatırladır, edam cəzasının aradan qaldırılmasına təkid edir və bu cəzanın heç bir əxlaqi, hüquqi və dini əsasının olmadığını bildirir.

Parlament bütün siyasi, dini və insan haqları müdafiəçilərinin azadlığını tələb etməklə yanaşı İran hökumətini bu həbsləri həyata keçirən qurum və şəxslər barəsində araşdırma başlatmağa çağırır.
Qətnamədə İranda insan haqları, xüsusən etnik və dini azlıqlarla bağlı vəziyyətin pisləşdiyi vurğulanır, o
nlara qarşı mütəşəkkil siyasi, iqtisadi, sosial və mədəni ayrı-seçkiliyin tətbiq olunması pislənilir.

Qurum İranı BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq etməyə çağırır. Rəsmi Tehrandan bu qurumun məruzəçilərinin ölkəyə buraxılmasına şərait yaradılması tələb olunur.

Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran-İsveç) Əhməd Rza Cəlali əslən Güney Azərbaycanın Sarab mahalındandır. O, 2016-cı ildə Tehran Universitetinin dəvəti ilə İrana gedib və təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək”də ittiham olunaraq həbsə atılıb.

Tehran İnqilab Məhkəməsi 2017-ci ildə Əhməd Rza Cəlalini edama məhkum edib. Çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.

gun az article

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  
BMT mütəxəssisləri İranı vicdan, siyasi və xarici məhbusları dərhal azad etməyə çağırıb 2020-04-18 13:12

Avropa Parlamenti güneyli alimin edam hökümünün ləğvini tələb edir- İran rəsmilərinə qarşı sanksiyalar təsdiq edildi

Beynəlxalq Elm Şurasından güneyli alimlə bağlı İrana ÇAĞIRIŞ: "Dərhal azad edin"

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16