SON XƏBƏRLƏR

Avropa Parlamentinə seçkilərdə sağçılar uğur qazanıblar

2021.10.20, 07:36
Avropa Parlamentinə seçkilərdə sağçılar uğur qazanıblar

Gunaz.tv
Ilkin məlumatlara görə Avropa parlamentinə serçkilərdə səsvermə hüququ olanların 40 faizdən bir qədər çoxu səs verib. Bu Avropa parlamentinə seçkilərin ən kədərli rekordudur. 5 il bundan əvvəl keçirilən seçkilərdə səsvermə faizi 46 idi. İlkin nəticələr göstərir ki, ekstremist ruhlu partiyalar yaxşı nəticələr əldə ediblər. Bununlla belə Avropa parlanmentində sağ mərkəzçi partiyalar öz çoxluqlarını saxlayacaqlar Avropa parlamentinə səsvermə üçün 27 ölkədən 370 milyon insanın hüququ vardı. Lakin bu kütlənin 40 faizdən bir qədər çoxu bu hüquqdan istifadə edib. Son otuz ildə Avropa parlamentinə seçkilərdə davamiyyət azalmaqda davam edir. Lakin son göstərici Avropa parlamentinin düşməkdə olan nüfuzunu daha da azaldacaq. Bu seçkilərdə Macarıstandan tutmuş Hollandiyaya qədər xırda partiyalar yaxşı göstəricilər əldə ediblər. Fransa, Almaniya və İtaliyada mühafizəkjar partiyalar uğur qazansalar da, Yunanıstan və Macarıstanda iqtisadi böhran hakim partiyaların uğursuzluğuna səbəb olub. Britaniyanın ifrat sağçı və anti-mühacirət partiyası olan Britaniya Millətçi Partiyası Avropa seçkilərində bir mandat qazana bilib. Britaniya siyasətçiləri bunu ölkənin tarixində kədərli səhifə adlandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar