SON XƏBƏRLƏR

Avropa Parlamentinin 60 deputatı Ruhaniyə məktub yazaraq Nəsrin Sütudənin qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edib

2021.10.20, 07:36
Avropa Parlamentinin 60 deputatı Ruhaniyə məktub yazaraq Nəsrin Sütudənin qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

GünAzTV: Avropa Parlamentinin 60 deputatı İran prezidenti Həsən Ruhaniyə birgə məktub yazaraq həbsdə saxlanılan məşhur vəkil və hüquq müdafiəçisi Nəsrin Sütədənin qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edib.

 

Məktubda bildirilir ki, İranda və dünyada böyük hörmətlə tanına Nəsrin Sütudəyə yeni ittihamların irəli sürülməsi, o cümlədən də onun casusluqda günahlandırılması absurddur və bunun heç bir əsası yoxdur. Deputatlar həmçinin Həsən Ruhanidən İran Məhkəmə Sisteminə təzyiq göstərməsini, öz nüfuzundan və prezidentlik səlahiyyətlərindən istifadə edərək tanınmış hüquq müdafiəçisinin dərhal azadlığa buraxılmasına yardım göstərməsini tələb ediblər.

 

Məktubu imzalayan avropalı deputatlar bildiriblər ki, onlar insan hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə dünyada igid və qorxmaz bir vəkil kimi kimi tanınan, Saxarov mükafatı laureatı, xanım Nəsrin Sütudəyə verdikləri dəstəyi davam edəcəklər.

 

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları iki ay əvvəl Nəsrin Sütədəni öz evindən tutub aparıblar. Bu barədə vəkilin həyat yoldaşı Rza Xəndan iyunun 13-də şəxsi “Facebook” səhifəsində məlumat yayıb.

 

 

İranda bir çox siyasi məhbusların vəkilliyini qəbul etmiş Nəsrin Sütudə, son aylar ölkədə rejimin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq küçədə baş örtüklərini açdıqlarına görə həbs edilən qadınların müdafiəsinə qalxmış, onlardan bir çoxunun vəkilliyini etmişdi.

 

Xatırladaq ki, Nəsrin Sütudə, bundan əvvəl İranda insan hüquqlarının, o cümlədən də qadın haqlarının təmin olunması uğrunda apardığı dinc fəaliyyətinə görə, dəfələrlə İran təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalaraq 3 ildən çox həbsdə saxlanılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar