SON XƏBƏRLƏR

Avropadan İrana: “Daha raket sınaqlarınıza göz yummayacağıq!”

2021.10.20, 07:36
Avropadan İrana: “Daha raket sınaqlarınıza göz yummayacağıq!”

Gunaz.tv

GünAz Tv: “Reuters” agentliyi yanvarın 8-də Avropa nümayəndə heyətinin Tehranda İran Xarici İşlər Nazirliyində bu ölkənin diplomatları ilə görüş keçirdiyi barədə məlumat yayıb.

 

Görüş zamanı avropanın müxtəlif ölkələrini təmsil edən nümayəndə heyəti İrana daha raket sınaqları, Avropa ölkələrində terror hücumları planlaşdırma və həyata keçirmə və aerokosmik fəaliyyətinə görə göz yummayacaqlarını deyib. İran nümayəndə heyəti isə buna etiraz əlaməti olaraq, konfrans salonunu tərk edib.

 

Görüş barədə adı açıqlanmayan avropalı diplomat deyib ki, İran tərəfinin xoşu gəlməsə belə, biz rəsmi Tehranın həyata keçirdiyi siyasətlə bağlı dərin narahatlığımızı qarşı tərəfə ifadə etməli idik.

 

Qeyd edək ki, bu görüşdən 1 gün sonra, yəni yanvarın 9-da Avropa Birliyi İran Kəşfiyyat Nazirliyinin (ETTELAT) 2 əməkdaşına qarşı Avropa ölkələrində həyata keçirdikləri və planlaşdırdıqları terror aktlarına görə sanksiya tətbiq edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar