SON XƏBƏRLƏR

Avropanın 3 ölkəsi İran və Amerikanı yenidən müzakirələrə başlamağa çağırıb

2021.10.20, 07:36
Avropanın 3 ölkəsi İran və Amerikanı yenidən müzakirələrə başlamağa çağırıb

Gunaz.tv

GünAz TV: Üç Avropa ölkəsi- İngiltərə, Fransa və Almaniya Brüsseldə nüvə razılaşması mövzusunda keçiriləcək toplantıdan öncə bəyanat yayaraq, İran və Amerikanı gərginliyin artırılmasını dayandırmağa və yenidən müzakirələrə başlamağa çağırıb.

 

Hər üç ölkə bəyanatda İranın öz nüvə öhdəliklərinin bəzilərini pozması, eləcə də uranı nəzərdə tutulmuş həcm və faizdən artıq zənginləşdirməsindən narahat olduqlarını ifadə ediblər.

 

Ölkələr nüvə razılaşmasının qorunmasını dəstəklədiklərini bir daha vurğulayıblar. Lakin bəyanatda əlavə edilir ki, bu dəstək yalnız İranın razılaşmaya tam olaraq əməl etdiyi təqdirdə, davam edə bilər.

 

Xatırladaq ki, İran iyul ayının əvvəllərində nüvə razılaşmasında nəzərdə tutulmuş həddi aşaraq, uran ehtiyatının həcmini 300 kiloqramdan və zənginləşdirmə dərəcəsini 4-5%-dən çox artırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar