SON XƏBƏRLƏR

Lavrov: “Bu, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq”

2022.01.28, 13:15
Lavrov: “Bu, Rusiyadan asılıdırsa, o zaman müharibə olmayacaq”

Gunaz.tv

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

Lavrov deyib ki, Moskva müharibə istəmir.

“Əgər bu, Rusiya Federasiyasından asılıdırsa, o zaman müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara, bunun gözardı edilməsinə də imkan verməyəcəyik”, - Lavrov “Sputnik”, “Exo Moskvı”, “Qovorit Moskva” və “Komsomolskaya Pravda” radiostansiyalarına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyanı  sanksiyalarla hədələməsi və onların mümkün tətbiqi iki ölkə münasibətlərini pozmağa bərabər olacaq. 

“Biz müharibə istəmirik. Amma kimlərinsə hərbi əməliyyatlarda maraqlı olması mümkündür”-deyə, o, bildirib.

Sergey Lavrov jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskini Ukraynaya dəvət edib.

“Ukrayna Prezidenti Volodimir Zelenski istəsə, Rusiyaya səfər edə bilər. Soçiyə və ya Sankt-Peterbuqa gələ bilər”.

Prezident istəsə, Moskvada, Soçidə və ya Sankt-Peterbuqda görüşlər keçirə bilərik. Görüş zamanı ikitərəfli münasibətlərin normallaşmasını, problemləri həll edib müzakirə edə bilərik”, - deyə nazir bildirib. 


Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar