SON XƏBƏRLƏR

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

2022.01.19, 15:18
Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

Gunaz.tv

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mən əminəm ki, Avropada və ya başqa haradasa baş verə biləcək genişmiqyaslı müharibə riski yoxdur.

Moskvaya NATO-nun genişlənməsinə moratorium qoyulması deyil, Gürcüstan və Ukraynanın Alyansa üzv olmayacağına dair aydın təmnatlar lazımdır”, - rusiyalı diplomat Valday klubunda çıxış edərkən vurğulayıb.

O, Rusiyanın heç bir aqressiv addım atmayacağını da vurğulayıb: “Biz Ukraynaya hücum etməyəcəyik və işğal etməyəcəyik”. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar