SON XƏBƏRLƏR

Avrozonada işsizlik səviyyəsi azalıb

2021.10.20, 07:36
Avrozonada işsizlik səviyyəsi azalıb

Gunaz.tv

GünAz TV: Avrozonada işsizlik səviyyəsi cari ilin sentyabr ayında qeydə alınan 7,6%-dən oktyabrda 7,5%-ə enib.


APA-Economics”in “Eurostat”ın dərc etdiyi yeni hesabatına istinadən verdiyi məlumata görə, hesabatda qeyd edilir ki, bu bölgədə 2008-ci ilin iyulundan bəri qeydə alınan ən aşağı göstəricidir.


Ölkələrə gəldikdə, oktyabrda ən aşağı işsizlik səviyyəsi Çexiya (2,2 %), Almaniya (3,1%) və Polşada (3,2%) qeydə alınıb. Həmin ay işsizlərin ən çox olduğu ölkələr isə İspaniyada olub (14,2%).

 

İşsizlik səviyyəsinin ölkələr üzrə ötən ilin oktyabr ayı ilə müqayisədə 2019-cu ilin analoji ayında Çexiyada 2,1%-dən 2,2%-ə, Litvada 6,1%-dən 6,4%-ə, Danimarkada 4,9%-dən 5,3%-ə və İsveçdə 6,4%-dən 6,8%-ə artıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar