SON XƏBƏRLƏR

Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO

2021.10.20, 07:36
Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO

Gunaz.tv

GünAz TV: Avstraliyadakı meşə yanğınlarından sonra heyvanların və quşların qida tapması çətinləşib.

 

Münbit torpaq və bitki qatının məhv olması heyvanat aləminin kütləvi tələf olmasına səbəb ola bilər.

 

“Rosbalt” agentliyi xəbər verir ki, Avstraliyanın Milli Parklar və Vəhşi Təbiət Departamenti sözügedən problemi həll etmək üçün helikopterlər vasitəsilə heyvanlara havadan müxtəlif tərəvəz və bitkilər ataraq onların qidalanmasını təmin etməyə çalışır.

 

Ölkənin Enerji və Ətraf Mühit naziri Mett Kin məlumat verib ki, min kiloqram yerkökü və şirin kartof Yeni Cənubi Uels ərazisinə çatdırılıb.

 

Xatırladaq ki, Avstraliyada oktyabr ayından davam edən meşə yanğınları nəticəsində milyarddan çox heyvan tələf olub, minlərlə ev, milyonlarla hektar ərazi yanaraq yararsız hala düşüb. oxu.az

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar