SON XƏBƏRLƏR

Avstraliyanın baş naziri: “Körfəzdə ticari gəmiləri qorumaq üçün Amerikanın başçılıq etdiyi koalisiyaya qoşulacağıq”

2021.10.20, 07:36
Avstraliyanın baş naziri: “Körfəzdə ticari gəmiləri qorumaq üçün Amerikanın başçılıq etdiyi koalisiyaya qoşulacağıq”

Gunaz.tv

GünazTV: Avstraliyanın baş naziri Skot Morrison (Scott Morrison) avqustun 20-də jurnalistlərə açıqlamasında ölkəsinin körfəzdə ticari gəmilərin təhlükəsizliyini qorumaq məqsədilə Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiyaya qoşulacağından xəbər verib.

 

O deyib ki, Avstraliya hökuməti İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi hədəfə almasından nigarandır və məhz ticari gəmilərin təhlükəsizliyini qorumaq üçün Amerikanın başçılıq etdiyi beynəlxalq hərbi koalisiyaya qoşulmaq qərarına gəlib: “İranın sabitliyə qarşı yönələn bu təxribat xarakterli addımı Avstraliyanın regional mənafeyinə qarşı bir təhdiddir. Hazırda xam nefti 15-16 faizi, eləcə də bizim ehtiyacımız olan neft məhsullarının 25-35 faizi Hörmüz boğazından keçir. Elə buna görə də hesab edirik ki, İranın bu addımı bizim iqtisadiyyatımıza qarşı potensial bir təhdiddir” –deyə Skot Morrison vurğulayıb.

 

Avstraliyanın baş naziri həmçinin bildirib ki, ölkəsi gəmilərin sərbəst hərəkəti ilə bağlı  beynəlxalq qanunların icrasını dəstəkləyir. Morrison həmçinin deyib ki, Avstraliya hökuməti bu ilin sonuna qədər regionda hava və dəniz reydləri keçirmək üçün körfəzə “P-8 Poseidon” tipli bir hərbi təyyarə göndərəcək.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar