Çavuşoğlu: Ukraynanın ədalətli sülhə ehtiyac var, Türkiyə buna çalışır

29.11.2022, 14:38

Türkiyə Ukraynadakı müharibənin daha geniş ərazilərə yayılmaması və gərginliyin azaldılması istiqamətində bir sıra addımlar atıb.

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarest Forumunda deyib.

“Məsələn, İstanbul “Taxıl sazişi”nin razılaşdırılması, prosesin saxlanılması və sazişin müddətinin uzadılmasında ciddi rolumuz oldu və özünüz də bilirsiniz ki, bu heç də asan proses olmadı.

Həmçinin, müharibə əsirlərinin mübadiləsi, AEBA və "Rosatom" arasında Zaporojye AES-lə bağlı danışıqların Türkiyədə keçirilməsi, danışıqlar, diplomatik müzakirələr üçün tərəflərin Türkiyədə bir araya gətirilməsi və s. bütün bunlar gördüyümüz işlərin, Türkiyənin oyandığı rolun bəzi nümunələridir. Bunların xaricində gizlilik çərçivəsində atılan digər addımlarımız da var. 

“Montrö” anlaşmasını tətbiq edərək Qara dənizdə hərbi toqquşmaları əngəllədik, martdan bəri boğazdan heç bir hərbi gəmi keçməyib. Türkiyə üzərindən heç bir Rusiya hərbi təyyarəsi Suriyaya uçmayıb. Biz bütün tərəflərə çağırış edirik, ancaq xüsusilə də hər vasitə ilə Rusiya və Belarusa təmkinli olmaqla bağlı çağırış edirik”, - Türkiyə XİN başçısı bildirib.

Çavuşoğlu qeyd edib ki, bu müharibədə Ukrayna ilə yanaşı, Moldova, Gürcüstan və digər tərəfdaşlar da bədəl ödəyir: “Sadəcə qınamaqla problemi həll etmək mümkün deyil, hərəkətə keçmək və ədalətli şəkildə sülhün əldə olunmasını təmin etmək vacibdir. Xüsusilə də Ukrayna üçün ədalətli sülhə ehtiyac var. Biz Türkiyə olaraq bunun üçün çalışırıq.

Müharibənin ilk vaxtlarında səylərimiz nəticə verməyə yaxın idi, Antalyada tərəfləri bir araya gətirdik, İstanbulda görüşlər oldu. 

Lakin zamanla insani itkilər, tələfat artdıqca, müzakirələrlə bir həll yolu tapmaq çətin hala gəlir. Yeni reallıqlar var və Rusiyanın reallığı da Ukrayna üçün qəbul ediləcək bir şey deyil. Buna görə də həll yolu tapmaq çətindir, lakin eyni zamanda, buna alternativ də yoxdur.

Ona görə də düşünürük ki, müharibə və diplomatiya eyni zamanda aparıla bilər. Diplomatiya davam etməlidir”.

Türkiyəli nazir vurğulayıb ki, Aİ Ukrayna üçün yeni təhlükəsizlik/müdafiə təlimi missiyasını elan edərkən Türkiyə ilə hər hansı məsləhətləşmələr aparmayıb, Türkiyəni dəvət etməyib: “Doğrusu bu Missiyanın bir parçası olmaq bizim üçün vacib deyil, ancaq mən bunu bir nümunə olaraq dedim. Aİ-nin strateji yanaşmasını bir neçə üzvün maraqlarına görə necə itirdiyinə dair bir örnək olaraq dedim.

Hər kəs bizim Ukraynanın nə qədər dəstəklədiyimizi çox yaxşı bilir”.

Çavuşoğlu onu da qeyd edib ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün birlik, həmrəylik ruhu yenidən canlanmalıdır: “Buna isə Aİ-nin Qərbi Balkanlara doğru genişlənməsini yenidən canlandıraraq nail olmaq mümkün olacaq. 

Bu genişlənmə Balkanlardan Gürcüstana doğru keçməlidir. Ukrayna və Moldovanı da əhatə etməlidir. Və əlbəttə ki, bu bölgə heç vaxt Türkiyə olmadan tamamlana bilməz.

Türkiyə toqquşmalarla gündəmə gələn bölgədə təhlükəsizlik təmin edən bir aktor olmağa davam edəcək. Türkiyənin uğuru Avropanın uğuru olacaq”. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Pakistan XİN: “Qardaş Azərbaycan xalqı ilə həmrəyik”

2023-01-27

gun az article

İsraildə sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var

2023-01-27

gun az article

İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

2023-01-27

gun az article

ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb

2023-01-27

gun az article

Səfirliklərin təhlükəsizliyi məsələsi beynəlxalq səviyyədə gündəmə gətirilməlidir

2023-01-27

gun az article

İranın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

2023-01-27

gun az article

"Bu hadisə suverenliyimizə qəsddir"-İctimai təşkilatlar terror hücumunu sərt şəkildə qınadı

2023-01-27

gun az article

Diaspor Komitəsi: "Dünya azərbaycanlıları hadisəni İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı sayırlar"

2023-01-27

gun az article

İranda yaşayan qeyri-fars xalqalar Azərbaycan səfirliyinə hücumu pisləyib

2023-01-27

gun az article

Prezident İlham Əliyev: "Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik"

2023-01-27

gun az article

İsrail XİN: “Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik"

2023-01-27

gun az article

YAP: “İran Azərbaycan xalqından üzr istəməlidir!” - BƏYANAT

2023-01-27

gun az article

XİN: "Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə olunur"

2023-01-27

gun az article

Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"

2023-01-27

gun az article

Səfirliyimizə hücumla bağlı İran XİN-in “məişət” açıqlaması

2023-01-27

gun az article

“Bu, İranın Azərbaycana qarşı yeni təhdididir”-QHT sədri səfirliyə hücumu pislədi

2023-01-27

gun az article

"Qırmızı cizgiləri aşan İran oldu" - Elxan Şahinoğlu

2023-01-27

gun az article

Tehranın polis rəisindən Azərbaycan səfirliyinə silahlı hücumla bağlı absurd açıqlama

2023-01-27

gun az article

XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum barədə məlumat yayıb

2023-01-27

gun az article

Azərbaycanın İrandakı səfirliyinə hücum olub, 1 nəfər ölüb

2023-01-27