SON XƏBƏRLƏR

Çavuşoğlu: "Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi müqaviləni imzalamalıdır”

2022.09.25, 04:55
Çavuşoğlu: "Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi müqaviləni imzalamalıdır”

Gunaz.tv

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda türk icması ilə görüşündə deyib.

“Ermənistanın regionda sülhə və bu əməkdaşlığa ehtiyacı var”, - nazir vurğulayıb. Çavuşoğlu qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib.

"Ermənistanı cəsarətləndirmək lazımdır. Bəlkə də sayları azdır, amma təəssüf ki, onlar Amerikada yüksək səsi olan bir qrupdur, erməni qruplaşması Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Onların Ermənistana heç bir töhfəsi yoxdur, nifrətlə hərəkət edirlər.

Ermənistanın bölgədə barış və iş birliyinə ehtiyacı var. Bu, məlum səbəblərdən indiyədək təcrid olunmuş bir ölkədir. Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır", - Mövlud Çavuoğlu vurğulayıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar