SON XƏBƏRLƏR

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023.03.30, 08:56
"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

Gunaz.tv

O bildirib ki, Azərbaycan səfirliyində törədilmiş terror aktı Tehran rejiminin hansı düşüncənin daşıyıcısı və terroru dəstəkləyən bir mahiyyətə malik olduğunu sübut etdi:

“Yaşanan hadisəyə qədər də molla rejiminin mahiyyətinin terror olduğunu hamı bilirdi. Beynəlxalq təşkilatlar da bunu öz hesabatlarında dəfələrlə bəyan edib. İran Azərbaycanın Qarabağ müharibəsindəki zəfərini qəbul edə bilmir. İşğal altında olan ərazilər İrandan daşınan narkoticarət üçün əsas qapı idi. İndi bu qapı bağlanıb.

Üstəlik, Zəngəzur məsələsi. İran üçün həlqə daraldıqca azğınlaşır və Azərbaycana qarşı siyasi, silahlı və sair təxribatlar planlayır.

Amma bütün əməlləri puça çıxacaq. Azərbaycana qarşı nəinki İran-Ermənistan cütlüyünün, onları gizli şəkildə müdafiə edənlərin də heç bir basqısı bizi yolumuzdan döndərməyəcək. Azərbaycan bu gün türk birliyinin keçid məntəqəsidir. İran da, Qafqazda öz varlığını qorumağa çalışanlar və ya var olmaq istəyənlər də arzularına çata bilməyəcəklər”.

O bildirib ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən hadisə birmənalı şəkildə terror aktıdır: 

“Dövlət Təhlükəsizliyi Xidməti də baş verən bu hadisənin terror aktı olduğunu bildirdi. Ekspertlər, analitiklər əldə edə bildikləri məlumatlar və ya müxtəlif platformalardakı təhdidlərə əsasən fikir bildirirlər. Ona görə də baş verən terrorda fikirlər İran üzərində cəmləşir. Yayılan fikirlər, müxtəlif sosial platformadakı təhdidlər göstərir ki, İran və ona bağlı qrupların bu məsələdə iştirakı vardır. Fazil Mustafaya qarşı İrana bağlı bütün qüvvələr bir söz, təhdid müharibəsi aparırdı.

Tehran rejiminin mətbuatında da, televiziya kanallarında da aşkar deyilirdi.

Fazil Mustafaya atılan güllələr Azərbaycan xalqına, düşüncəsinə, dövlətimizə yönəlik terror hadisəsidir. Həqiqət istintaq zamanı üzə çıxacaq və bütün günahkarlar, bu hadisədə iştirak edənlər cəzalarını alacaqlar.

O zaman baş verən hadisənin arxasından İran dövləti və ona xidmət edənlər çıxacaqsa, Azərbaycan İranla bütün diplomatik münasibətləri kəsməlidir. İlk növbədə, İrana bağlı qüvvələr daxildə zərərsizləşdirilməlidir.

Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq və İranın terror dövləti elan edilməsi üçün bütün imkanlarımızdan istifadə etməliyik. Bu yöndə bizimlə müttəfiq olan dövlətlərdən də dəstək istəməliyik”. (yeniçağ)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar