SON XƏBƏRLƏR

Bayden hökuməti İranla bağlı İsrailə təminat verib

2022.08.24, 06:06
Bayden hökuməti İranla bağlı İsrailə təminat verib

Gunaz.tv

Son günlər Təl-Əviv rəsmiləri İranın təhdidinə qarşı daha çox bəyanatlar səsləndirir.

Bu arada Ağ Ev İsrailin daxili təhlükəsizlik müşaviri Ayal Holatanı qəbul edib və onunla İranla bağlı məsləhətləşmələr aparılıb.

Görüşdə Sollivan Ağ Evin İsrail dövlətinin İran və İrana bağlı proksi qruplaşmalar qarşısında özünümüdafiə haqqına hörmət etdiyini vurğulayıb.

O, bildirib ki, Ağ Ev İsrailin İranın təhdidlərinin qarşısının alınması üçün önləyici tədbirlər görmək hüququnu tanıyır.

Ağ Evin milli təhlükəsizlik müşaviri bir daha İranın nüvə silahına yiyələnməsinə imkan verilməyəcəyi barədə İsrailli həmkarına söz verib.

Cavidan  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar