Bayden Azərbaycan Prezidentini təbrik edib

21.05.2022, 09:35

ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

Gunaz.tv Quote | Gunaz article

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm.

Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. 

Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik".

ABŞ prezidenti bəyan edib ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. 

"Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır.

Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik.

Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.

Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm"-deyə, Bayden bildirib.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Taliban silahlılarının İran sərhədçisini öldürməsinin görüntüləri yayılıb-VİDEO

2022-06-29

gun az article

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edib

2022-06-29

gun az article

Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

2022-06-29

gun az article

İran məhkəməsi fransalı turisti uzun illik həbs cəzasına məhkum etdi

2022-06-29

gun az article

Azərbaycan və Türkmənistan prezidentləri Aşqabadda görüşüb-FOTO

2022-06-29

gun az article

"Böyük yeddilik"dən çağırış: "İran Ukrayna təyyarəsini vurduğuna görə cavab verməlidir"

2022-06-29

gun az article

Madriddə NATO-nun sammiti başlayıb

2022-06-29

gun az article

İranda yoxsulluq üzündən dağılan ailələrin sayı durmadan artır

2022-06-29

gun az article

Tehran dünya üzrə alıcılıq qabiliyyətinin ən aşağı olduğu şəhərlərdəndir

2022-06-29

gun az article

Prezident İlham Əliyev Türkmənistana səfərə gedib

2022-06-29

gun az article

Tehranda neftayırma zavodunun işçiləri tətil aksiyası keçirir

2022-06-29

gun az article

Əli Xameneyi kiberməkana qarşı sərt tədbirlər görməyə çağırıb

2022-06-29

gun az article

ABŞ Minsk Qrupuna qadın həmsədr təyin etdi

2022-06-29

gun az article

Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək

2022-06-29

gun az article

Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

2022-06-29

gun az article

MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

2022-06-29

gun az article

İranda qətldə suçlandırılan daha bir məhkum edam edilib

2022-06-29

gun az article

Dohada İran-Amerika danışıqları başlayıb

2022-06-29

gun az article

"İran heç vaxt nüvə silahı əldə etməməlidir"-"Böyük yeddilik"

2022-06-29

gun az article

"Quldurluğu davam etdirsəniz, bədəlini ödəyəcəksiniz"- İsraildən İrana xəbərdarlıq

2022-06-29