SON XƏBƏRLƏR

Baydendən İran etirazçılarına dəstək:"Amerika etiraz edən cəsur İran vətəndaşlarının yanındadır"

2022.09.21, 17:09
Baydendən İran etirazçılarına dəstək:"Amerika etiraz edən cəsur İran vətəndaşlarının yanındadır"

Gunaz.tv

O, Amerika Birləşmiş Ştatlarının cəsur İran vətəndaşları və indi öz təməl hüquqlarını qorumaq üçün etiraz edən İranın cəsur qadınlarının yanında olduğunu deyib.

Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı Amerika prezidenti ölkəsinin bütün insanların öz etirazlarını dinc yolla ifadə etmək hüququnu müdafiə etdiyini bildirib.

O, əlavə edib ki, ölkəsi həm Amerika daxilində, həm də dünyanın digər yerlərində həmişə insan haqlarını müdafiə edir.

Bayden, bu çıxışında bir daha bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar