Ayətullah Safi Qolpayeqani: “Deputatlardan istəyirik ki, benzinin qiymətinin artması ilə bağlı qərarı ləğv etsinlər”

16.11.2019, 15:25

GünazTV: Qum dini dairəsinin axundu, ayətullah Safi Qolpayeqani noyabrın 16-da bəyanat yayaraq, ölkədə benzinin qiymətinin artmasına kəskin etiraz bildirib.

 

Axundun məsələyə münasibət bildirməsi və benzinin yeni qiymətinin ləğv edilməsi ilə bağlı tələbi, ölkənin onlarla şəhərində kütləvi etirazlarnın keçirilməsindən az sonraya təsadüf edib.

 

Yaydığı bəyanatda ölkə parlamentinin deputatlarına müraciət edən axund Qolpayeqani, hökumətin benzinin yeni qiyməti ilə bağlı qərarının ləğv olunmasını tələb edib: “Təəssüflər olsun ki, ölkə əhalisinin əksəriyyəti bahalıq, inflyasiya və işsizlik problemi ilə üz-üzə qaldığı bir vaxtda, İslam peyğəmbərinin doğum günü axşamında qanunvericilik, İcraiyyə və Məhkəmə hakimiyyətləri başçıları elə bir qərar qəbul etdilər ki, onların bu addımı dərin nigaranlığa səbəb olub.

 

Mən, İran İslam Respublikası parlamentinin deputatlarından istəyirəm ki, benzinin qiymətinin artması ilə bağlı qəbul edilmiş həmin qərarı ləğv etsinlər və ölkə vətəndaşlarının iqtisadi problemlərini aradan qaldırmaq üçün iqtisadçı alimlərlə dərhal məşvərət aparsınlar” –deyə, “ayətullah” Safi Qolpayeqani bəyan edib.

 

Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb.

 

 

Şirkət bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq.

 

Noyabrın 15-də hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı etiraz olaraq İranın onlarla şəhərində hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilib, prezident Həsən Ruhani və İranın “dini” lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib. Etirazlarda bir neçə yanacaq doldurma məntəqəsinə od vurulub, Sircanda dinc aksiyaya qatılan vətəndaşlardan biri polis tərəfindən öldürülüb.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25