SON XƏBƏRLƏR

Ayətullahları devirmək üçün humanitar missiya

2021.10.20, 07:36
Ayətullahları devirmək üçün humanitar missiya

Gunaz.tv
Ayətullaları devirmək üçün humanitar missiya Ən yaxın vaxtlarda Tehranda ABŞ-ın diplomatik nümayəndəliyi peyda ola bilər. Dövlət Departamentindəki mənbələrin verdikləri məlumata görə, Birləşmiş Ştatlar İranda "Amerika maraqları bölməsi"ni açmaq niyyətindədir. Səfirliyin funksiyalarının əksəriyyətini yerinə yetirən bu qeyri-rəsmi struktur Vaşinqtonun eynən İran təki heç bir diplomatik münasibətləri olmadığı Kubada da fəaliyyət göstərir. ABŞ və İran arasında diplomatik münasibətlər 30 il əvvəl kəsilib. Amerikalı diplomatlar İranda işləmirlər. İki ölkə arasında bütün təmaslar İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə həyata keçirilir. "İranda ABŞ maraqları bölməsi peyda olandan sonra amerikalı diplomatlar iranlı dissidentlərə, müxalifətçilərə və əlaqələr yaratmaqda maraqlı olduqları bütün adamlara yardım edə bilərlər. Bundan başqa, struktur ABŞ-a vizaların verilməsi və yerli əhalini Amerika mədəniyyəti ilə tanış etmək funksiyalarını da yerinə yetirə bilər", - Dövlət Departamentinin nümayəndələri bildiriblər. Amerikalılarıni missiyasının Tehranda yerləşəcəyi yer barədə heç bir məlumat yoxdur. ABŞ-ın Tehrandakı sabiq səfirliyinin binası isə Kiprdə yaşayan iranlı iş adamı Hüseyn Əlixaniyə məxsusdur. 1992-ci ildə ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən Liviyaya qaz-generator qurğuları üçün ehtiyat hissələr keçirmək cəhdində suçlanaraq oğurlandığını deyən Əlixani 105 gün həbsdə qalıb. Florida ştatının məhkəməsinə şikayət edən H.Əlixani Vaşinqtondan $360 milyon məbləğində təzminat tələb edib. Florida məhkəməsi iddianı qəbul etməyəndə H.Əlixani Tehrana gələrək burada məhkəməyə gedib və təbii ki, Tehran İnqilab Məhkəməsi də ABŞ-ın hakimiyyət dairələrinin incik saldığı Hüseyn Əlixaninin gözünü yolda qoymayıb. Məhkəmənin qərarına görə, ABŞ $550 milyon cərimələnib. Əlixani isə pulu ala bilməyəcəyini bildiyindən təzminat əvəzinə ABŞ-ın Tehrandakı səfirlik kompleksinin ona verilməsini istəyib və arzusuna çatıb. Əlixani iki ay əvvəl səfirlik binasını satmaq istəyəndə isə ABŞ Dövlət Departamenti bəyanat yayaraq narazılığı bildirib. Vyana bəyannamaməsinə istinad edən amerikalı məmurların dediklərinə görə, Vaşinqtonun Tehranla münasibətləri olmasa da, Tehrandakı səfirlik ABŞ-a məxsusdur və kimsə tərəfindən satıla bilməz. Fəqət, Tehrandakı molla rejiminin ölkədə potensial "narıncı inqilab" yuvasının peyda olmasına razılıq verəcəyi inandırıcı deyil. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar