Ayk Xaçikyan: "Qarabağda 6 min erməni hərbçi ölüb"

2021-01-25 10:58

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən həlak olanların dörd min nəfər olmasına dair məlumatlar inandırıcı görünmür, hesablama metodologiyası anlaşılmazdır.

Gunaz.tv Quote | Gunaz article

Modern.az bildirir ki, bunu erməni hərbi ekspertlərinə istinadən "Qafqaz qovşağı" yazıb.

 
Xatırladaq ki, yanvarın 20-də Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda erməni tərəfindən həlak olanların 3439 meyitinin tapıldığını bildirib. Ümumiyyətlə, Ermənistan hakimiyyəti əmindir ki, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə erməni tərəfinin itkiləri dörd min nəfərdən çox deyil.

 
Hərbi analitik Ayk Xaçikyan nəşrə bildirib ki, Baş nazir müavininin müharibə zamanı həlak olanların təxminən dörd min nəfər olmasına dair bəyanatı o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı.

 
"Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb - alınmadığı məlum deyil", - deyə o bildirib.

"Mənim müşahidələrimə görə, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır", - deyə o qeyd edib.

 
Xaçikyan, həmçinin, pilotsuz aviasiyadan istifadənin rəqibə itkilərinin sayını azaltmağa imkan verdiyini də vurğulayıb.

 
"Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün, tətbiq etmək imkanı əldə etdi və bu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi", - deyə erməni hərbi analitiki bildirib.

 
Hərbi ekspert Robert Nazaryan da razılaşır ki, PUA-ların tətbiqi Azərbaycan tərəfinin hərbi itkilərini azaldıb.

 
"Pilotsuz uçan aparatların və texnologiyaların tətbiqinin prioritet vəzifəsi məhz öz itkilərinin azaldılmasıdır", - deyə o, "Qafqaz qovşağı"na açıqlamasında bildirib.

 
Nazaryan Ermənistan baş nazirinin erməni  tərəfindən dörd min nəfərin həlak olması barədə bəyanatını qiymətləndirməkdə çətinlik çəkib. Onun sözlərinə görə də, bu iddialar inandırıcı görünmür. Bununla belə, o, Ermənistan tərəfinin hərbi itkiləri ilə bağlı rəqəm demək istəməyib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

2021-03-07

gun az article

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq - FOTO

2021-03-07

gun az article

Füzuli rayonunun Qarakollu kəndi - VİDEO

2021-03-07

gun az article

Sülhməramlılar erməni qadınlara çiçək bağışladı – FOTOLAR

2021-03-07

gun az article

Azərbaycanda daha 353 nəfər yoluxdu - 3 nəfər öldü

2021-03-07

gun az article

GünazTV March.06.2021 : “Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

2021-03-06

gun az article

Cəbrayılın Papı kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

İranda Novruz bayramında xəstəliklə bağlı qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub

2021-03-06

gun az article

İranda koronavirusdan daha 82 nəfər ölüb, 8 212 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-06

gun az article

Zərif: “İran nüvə sazişi ilə bağlı danışıqlara başlanılması üçün öz konstruktiv planını təqdim edəcək”

2021-03-06

gun az article

İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edib

2021-03-06

gun az article

Zəngilanın Qaradərə kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq

2021-03-06

gun az article

Bu gündən martın 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-03-06

gun az article

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb

2021-03-06

gun az article

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

2021-03-06

gun az article

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2021-03-06

gun az article

GünazTV March.05.2021 : “Qərb dünyası MAQATE-nin İranı qınama planını ləğv etdi”

2021-03-05

gun az article

Koronavirusa yoluxma sayı yenə ARTDI

2021-03-05

gun az article

Ağdamın Tağıbəyli kəndi - VİDEO

2021-03-05