SON XƏBƏRLƏR

"Şah İsmayıl ən böyük azərbaycanlıdır"-Maykl Doran

2022.07.28, 06:26
"Şah İsmayıl ən böyük azərbaycanlıdır"-Maykl Doran

Gunaz.tv

"Bu gün biz Şah İsmayılın şeir kitabını oxuyacağıq. Ən böyük azərbaycanlı Şah İsmayıl"-deyə, Doran yazıb.

Bundan bir neçə gün öncə Maykl Doran İsrailin Azərbaycandakı səfiri Corc Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşımına münasibət bildirmişdi.

"Gör nə edibsən, Corc Dik! Hər kəs Təbriz haqqında oxuyur"-deyə, o yazmışdı.

Qeyd edək ki, Maykl Doran Hadson İnstitutunun baş elmi işçisidir.

O, Amerika Milli Təhlükəsizlik Şurasında, həmçinin Amerika Dövlət Departamentində baş məsləhətçi və Birləşmiş Ştatların müdafiə nazirinin köməkçisinin müavini olub.

M.Doran ABŞ Milli Təhlükəsizlik Şurasında, eyni zamanda Corc Buşun (kiçik) hakimiyyəti dövründə Amerika Müdafiə Nazirliyində dövlət katibinin ictimai diplomatiya üzrə köməkçisinin müavini işləyib.

M.Doran İsrailə verdiyi dəstəyi, eləcə də Amerika, Türkiyə və Azərbaycan arasında əməkdaşlığının tərəfdarı olması ilə tanınır.

O, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyib, onu rəsmi Vaşinqtonun İrana qarşı mühüm müttəfiqi kimi qiymətləndirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar