SON XƏBƏRLƏR

Çayparada Şəhər Şurasının üzvləri kollektiv şəkildə istefa verib

2021.12.11, 13:49
Çayparada Şəhər Şurasının üzvləri kollektiv şəkildə istefa verib

Gunaz.tv

Onlar bölgədə yenidən fəaliyyətə başlayan "İşıq bulağı"  mədəninin ətraf mühitin dağıdılmasındakı rolu ilə bağlı qaldırdıqları məsələnin məsullar tərəfindən qulaq ardına vurulması səbəbindən bu addımı atıblar. 

Şəhər Şurası üzvlərinin bildirdiyinə görə, yerli və əlaqədar məsullar bölgə əhalisinin müraciətlərinə cavab vermir, məsələyə laqeyd yanşırlar.traf mühitin qorunmasını təşkil etməməklə onlara qarşı saymamazlıq ediblər.
 
Bundan öncə dekabrın 7-də bölgə əhalisi etiraz aksiyası keçirərək yolu bağlayıb və mədənçilərin bölgəyə gətirdikləri ağır texnikanın qarşısını kəsmişdilər. 

Qeyd edək ki, adı çəkilən bölgədə mövcud olan qranit və daş mədənlərindən qaydasız istifadə, partlayışlar və istandartlara uyğun olmayan istixrac əməliyyatları bölgə əhalisinin davamlı narazılığı ilə qarşılaşıb.  

Burada illik 290 min tondan çox  dekorativ və qranit daş istixrac olunur.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar