SON XƏBƏRLƏR

Tayvan ordusu hərbi təlimlərə başlayır- Ağır artilleriyadan istifadə olunacaq

2022.08.08, 09:47
Tayvan ordusu hərbi təlimlərə başlayır- Ağır artilleriyadan istifadə olunacaq

Gunaz.tv

Təlimlər avqustun 9-u və 11-də Pindun qraflığının Fenqan dəniz limanında Tayvan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yoxlamaq məqsədilə həyata keçiriləcək.

Hərbi təlimlər zamanı Tayvan hərbçiləri ağır artilleriyadan istifadə edəcəklər.

Adanın Çin qoşunlarının Tayvan ətrafında keçirdiyi təlimlərə cavab olaraq belə tədbirlər gördüyü vurğulanır. Tayvan rəhbərliyi gələcəkdə mümkün hərbi əməliyyatlarla əlaqədar ordunun döyüş qabiliyyətinin gücləndirilməsini zəruri sayır.

Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərinə cavab olaraq avqustun 4-də Tayvan yaxınlığında hərbi təlimlərə başlayıb. Təlimlərin  avqustun 15-dək davam edəcəyi bildirilir.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar