Əslən Xiyav (Meşgin) şəhərinin Qurdtəpə kəndindən olan və Mazəndəran əyalətinin Nəştarud bölgəsində işləyən 18 yaşlı İsmayıl Heydəri, etiraz aksiyasına qatıldığı zaman hökumət məmurları tərəfindən güllələnərək öldürülüb.
Noyabrın 2-də azərbaycanlı gəncin qırx mərasimi keçirilib və hökumət məmurları yas mərasimində izdiham olmaması üçün İsmayıl Heydərinin ailəsinə təzyiq göstəriblər.
Qeyd edək ki, İran İnsan Haqları Təçkilatının noyabrın 2-ə olan məlumatına görə, İranda davam edən etiraz aksiyaları zamanı 47-i uşaq olmaqla 298 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Timur