SON XƏBƏRLƏR

Azәrbaycan Milli Hәrәkәti’ndә “BÜTÖVLÜK” Anlayışı vә Milli Simgә Mәsәlәsi. Kürşat Mәrәndli

2021.10.20, 07:36
Azәrbaycan Milli Hәrәkәti’ndә “BÜTÖVLÜK” Anlayışı vә Milli Simgә Mәsәlәsi. Kürşat Mәrәndli

Gunaz.tv
Azәrbaycan Milli Hәrәkәti’ndә “BÜTÖVLÜK” Anlayışı vә Milli Simgә Mәsәlәsi Bir müddәtdir internet sitәlәrindә vә milli fәallar arasında milli simgә mәsәlәsi danışılır(qara ay ulduzlu Azәrbaycan bayrağı). Doğal olaraq bu mәsәlәnin muvafiq vә muxaliflәri vardır. Muvafiqlәr umumiyәtlә milli hәrәkәtimizi beynәlxalq platformada temsil etmәk üçün bir simgәyә vә әlamәtә ehtiyac olduğunu vә milli istiqlala gedәn yolda bütün milli fәalların vә hamı tәşkilatların sarıla bilәcәyi bir müştәrәk dayanağın zәruri olduğunu söylәyirlәr. Habelә onlar deyirlәr ki Güney Azәrbaycan müstәqil olduğu zaman Quzey Azәrbaycan’la birlәşincәyә qәdәr bir bayrağa ehtiyacı olacaqdır. Bu sözlәr qayet mәntiqli vә ağıla batandır. Ama digәr yandan muntәqid kәsimin dә tәnqidlәri mәntiqli vә düşündürücüdür (burada tәxribatçıların caydırma işlәri, bәlkә millәtimizin vә milli hәrәkәtimizin gәrçәk qayğı keşlәrindәn söz edirik). Milli Simgә’yә olan әn önәmli tәnqidlәr bunlardır: 1) Bu mәsәlә Azәrbaycan’ın bütövlük anlayışına zәrbә vurur. Azәrbaycan Millәti vahiddir vә bayrağı da birdir. Elәcәdә bu mәsәlәdә ulu öndәr rәhmәtlik Elçibey’in “Azerbaycan’in Güneyinde yeni bayraq yaranmiyacaq oraya bu bayraq gedecek, Mehemmed Emin Resulzade’nin qaldirdigi bayraq” sözünә istinad edilir. 2) Bu bayraq ulu öndәr rәhmәtlik Elçibey tәrәfindәn önәrilmәyibdir. Bu qayğılar qayet aydın, yerli vә xeyirxahdır. Mәn bir milli fәal kimi bu mәsәlәdә öz fikrimi bәyan etmәk istәyirәm. Әziz mücadәlә arxadaşlarım, әslinә baxanda milli simgәnin verilmәsi nә Azәrbaycan’ın bütövlük anlayışına nә dә Azәrbaycan bayrağının birliyinә tәrs düşür vә nә dә fikir babamız rәhmәtlik Elçibәy’in sözünә tәrsdir. Bir tәrәfdәn dә bu simgә’nin önәrilmәsindә rәhmәtlik Elçibәy’in rolünü danmaq imkansırdir. Belә ki: Önәrilәn bu tәrh bir yol bayraq deyil simgәdir. Yanı Azәrbaycan bayrağı deyil Güney Azәrbaycan Milli Hәrәkәti’nin simgәsi vә nişanәsi olacaqdır. Elәcә dә bu simgәnin qrafikası bütöv Azәrbaycan Bayrağı ilә eynidir vә arada әsas bir fәrq yoxdur. Habelә simgәnin önәri yazısında deyilibdir ki Azәrbaycan birlәşirkәn qara ay ulduz ağaracaq vә belәcә bütöv Azәrbaycan bayrağına dönmüşmüş olacaq. Yanı anlaşıldığı kimi burada Azәrbaycan’ın bütövlüyü vә bayrağın birliyinә tәrs olan bir şey yoxdur. Simgәnin tәrhinә gәldiyimizdә isә bilindiyi kimi bu tәrh ilk dәfә BAB Tәşkilatı (Bütöv Azәrbaycan Birliyi) tәrәfindәn çap edilәn “Muxtәsr Azәrbaycan Tarixi” kitabında yayınlanıbdır. Hamımız bilirik ki BAB tәşkilatı Azәrbaycan’ın birliyi adına qurulan ilk tәşkilatdır ki rәhmәtlik öndәrimiz vә fikir babamız Elçibәy’in şәxsinin tәşәbbüsü ilә qurulubdur. Habelә bu kitab çap edilirkәn Bәy özü sağ idi vә BAB Tәşkilatı’nın başında dururdu. Burda belә bir sual gәlir adamın ağlına: “yanı Bәy öz qurduğu vә başında durduğu tәşkilatda ne olub bitdiyindәn o qәdәr xәbәrsiz idi ki bu tәşkilatda Güney Azәrbaycan adına bir bayraq yayınlanırdı vә Beyin xәbәri yoxidi?”. Mәncә bu imkansızdır vә hәtta Bәy’ә sayqısızlıqdır. Kәsinliklә Bәyin bu mәsәlәdәn xәbәri olubdur. Vә gәnә dә mәnә görә Bәy bu mәsәlәyә qarşı çıxmayıbsa bir anlamda bu işi tәid edibdir. Әn pis ehtimalı belә düşünsәk vә desәk ki Bәyin başı çox qal olub vә bu işdәn xәbәri olamyıbdır!!!! (ki tәkid edirәm mәncә bu imkansızdır) gәnә dә çox bir şey dәyişmir. Günümüzdә bir qurum vә ya qurulışda baş verәn hәr şeydәn o quruluşun müdürü vә başqanı mәsul tutulur. Dolayısı ilә Bәy istәr istәmәz bu tәrhin önәrilmәsinin mәsulu olmaz mı? Çünkü BAB tәşkilatı bu tәrhi yayınlarkәn Bәy özü bu quruluşun başında idi!!! Digәr önәmli bir mәsәlә budur ki bugün hәr hansı yeni bir tәrhi bütün tәşkilatlarımıza vә fәallarımıza qәbullәndirmәk imkansız kimi görünür çünkü ortalıqda necә bir atmosfer olduğunu hamıya aydındır. Ama bu tәrh ortaya qoyulan ilk tәrh olduğu üçün vә habelә rәhmәtlik Elçibәyә doğrudan vә ya dolaylı olaraq bağlandığı üçün meydanda olan әn mәşruiyәtli tәrhdir ki nә kimsә onun üzәrindәn rant sağlaya bilәr nә iddia edәbilәr ki bu tәrhi mәn ortaya atmışam. Әziz mücadәlә arxadaşlarım; mәncә dünyanın vә bölgәnin bu kritik dönәmindә ki sabah nә olacağı heç bәlli olmaz tarixi fürstlәrimizi yandırmamalıyıq vә bir az da olsa mәnәm mәnәmlikdәn әl çәkib ortaq bir işlәr görmәliyik. Mәn bir milli fәal olaraq bütün tәşkilatlarımızı vә milli fәallarımızı Milli Simgә tәrhinә dәstәk vetrәyә çağırıram. Yaşasın Böyük Türk Millәti Yaşasın Böyük Azәrbaycan Yaşasın Milli Mücadәlәmiz Sayğılarımla Kürşat Mәrәndli azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar