Azadi stadionunda səsləndirilən təhqiramiz şüarlarla bağlı “Perspolis” klubuna etirazlar davam edir

31.12.2017, 18:52

GünAz TV: Dekabrın 29-da Tehranın “Azadi” stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları arasında görüş keçirilib, görüş zamanı “Perspolis”in tərəfdarları əvvəldən planlaşdırılmış şəkildə Azərbaycan türk millətinin ünvanına ağır söyüş və şüarlar  səsləndiriblər.

 

Bundan sonra azərbaycanlıların “Pesrpolis” klubuna qarşı etiraz səsləri yüksəldi, “Traxtur” klubunun məsulları  stadionda baş verən hadisələrin əvvəldən planlaşdırıldığını bildirdilər.

 

Təbriz, Urmiyə və Ərdəbilin bir neçə millət vəkili irqçilərin bu hərəkətini qınadıqdan sonra Təbriz Şəhər Şurasının üzvü Şəhram Dəbiri də stadionda olub-bitənlərə öz kəskin etirazını bildirib.

 

“Tehranda keçirilən görüşdə “Perspolis” tərəfdarları Azərbaycan əhalisinə qarşı öncədən düşünülmüş şüarlar səsləndiriblər. Belə hərəkətlər qövmlər arasında nifaq yaradır. Ona görə də ilk öncə “Perspolis” klubu bu işi planlaşdıranlara qarşı tədbir almalıdır. “Traxtur” klubu da öz növbəsində bu məsələnin kökünü aydınlaşdırdıqdan sonra ciddi mövqe sərgiləməlidir”- deyə o Şura üzvlərinin keçirdiyi iclasda bildirib.

 

Ş.Dəbiri sözlərinin sonunda səlahiyyətli orqanları Azərbaycanın ünvanına təhqiramiz şüarlar səsləndirən “Perspolis” tərəfdarlarına qarşı ciddi tədbir almağa çağırıb.

 

Şərqi Azərbaycan Futbol Heyətinin rəisi isə Futbol Federasiyasına məktub yazaraq baş verən hadisəyə rəsmən etiraz bildirib. Azərbaycan türklərinin türkdilli qövm adlandırıldığı məktubda “Perspolis” tərəfdarlarının irqçi davranışları olduqca bayağı, ağıldan uzaq və öncədən planlaşdırılmış hərəkət kimi qiymətləndirilib. “Azərbaycanın şərif əhalisinin mənsub olduğu qövmü aşağılamaq etikadan kənar və şəriətə ziddir. Təhqirə yol verən “Perspolis” tərəfdarlarına qarşı ciddi tədbir alınmalıdır”- deyə məktubda vurğulanıb.

 

Şərqi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər isə “İsna” xəbər agentliyi ilə danışıqda Tehran klubunu azərbaycanlılardan üzr istəməyə çağırıb.

 

“Biz Futbol Federasiyasından bu məsələyə təcili reaksiya verməsini, görüşə ev sahibliyi edən klubdan isə üzr istəməsini tələb edirik. Mən Futbol Federasiyasının rəisi Mehdi Taca məktub yazaraq baş verən hadisəyə kəskin etirazımı bildirmişəm. Belə hadisələrin bir daha təkrar olunmaması üçün onun səbəbkarları müəyyən edilməli, onlara qarşı tədbir alınmalıdır”- deyə valilik rəsmisi  vurğulayıb.

 

Azərbaycanlıların sözügedən hadisəyə etirazı haqda daha çox məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Azərbaycanlı millət vəkillərindən Tehranın Azadi stadionunda türklərin təhqir edilməsinə reaksiya – VİDEO

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizin cümə imamından iddia: "İranın bölgədəki gücü Rusiyanı bizimlə münasibətlər qurmağa məcbur edib"

2022-01-21

gun az article

Həmədanda məktəblilər arasında narkotikaya meyillənənlərin sayı artıb

2022-01-21

gun az article

Şərqi Azərbaycanda sahibkarların fəaliyyətinə əngəllər yaradılır

2022-01-21

gun az article

Qəzvin xəstəxanalarının 80 faizi istifadəyə yararsızdır

2022-01-21

gun az article

Şərqi Azərbaycanda həbslər: Korrupsiyada ittiham olunan hökumət məmurları saxlanılıb

2022-01-21

gun az article

Ərdəbildə yollar bağlanıb- Qar təmizləyən texnika çatışmır-VİDEO

2022-01-21

gun az article

Şərqi Azərbaycanın 12 qeyri-maddi mədəni irs nümunəsi milli əsərlər siyahısına salınıb

2022-01-21

gun az article

Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraza verildi-VİDEO

2022-01-21

gun az article

Ərdəbil mollasından Azərbaycan Respublikasına məsləhət: "Şiəlikdən yetərincə istifadə edilməlidir"

2022-01-21

gun az article

“Kəndin un problemini siyasiləşdirməyin”- Qoşaçayda etiraz aksiyası keçirilib

2022-01-21

gun az article

Ətraf mühit fəalları Təbriz İES-i rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb

2022-01-21

gun az article

Tehranda İbrahim Rəisiyə qarşı şüarları səsləndirild-VİDEO

2022-01-20

gun az article

Qəzvində təbii fəlakətdən zərər çəkənlərin təzminatı ödənilmir

2022-01-20

gun az article

Ərdəbildə mədəniyyət və incəsənət kompleksinin tikintisi yarımçıq qalıb

2022-01-20

gun az article

"Azərbaycanın haqqını yeyərək həyasızlaşıblar"- Millət vəkili Kirmanın nümayəndəsinə cavab verdi

2022-01-20

gun az article

Türkiyənin Təbrizdəki baş konsulu: “Türkiyəlilər təbrizliləri özlərinin qardaşı sayır”

2022-01-20

gun az article

Qəzvinin 4 qeyri-maddi mədəni irsi milli əsərlər siyahısına salınıb

2022-01-20

gun az article

Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham

2022-01-20

gun az article

Güclü qar səbəbindən Güney Azərbaycanda məktəblər bağlanıb- Minlərlə avtomobil yollarda qalıb-VİDEO

2022-01-20

gun az article

Güney azərbaycanlı gənc dünyanın altıncı ən yaxşı futzalçısı seçilib

2022-01-20