SON XƏBƏRLƏR

Azadlıq Radiosu: “İranda son etirazlarda həbs edilənlərin sayı 8 minə çatıb”

2021.10.20, 07:36
Azadlıq Radiosu: “İranda son etirazlarda həbs edilənlərin sayı 8 minə çatıb”

Gunaz.tv

GünazTV: Azadlıq Radiosunun “İran” redaksiyası (Radio Fərda) dekabrın 7-də İranda baş verən son etirazlarda həbs edilənlərin sayı barədə apardığı araşdırmanın detalları barədə yazı dərc edib.

 

Yazıda İranın müxtəlif şəhər və əyalətlərinin bir sıra rəsmilərinə və digər mənbələrə istinadən bildirilir ki, molla rejiminə qarşı etirazlarda ölkənin müxtəlif şəhər və əyalətlərində təhlükəsizlik qüvvələrinin həbs etdiyi etirazçıların sayı 8 minə qədər yüksəlib. Bildirilir ki, bu sayda insan təkcə ölkənin 21 əyalətində həbs edilib və digər 10 əyalətdə aparılan həbslərin dəqiq sayı hələlik bəlli deyil.

 

“Aparılan araşdırmanın nəticələri göstərir ki, son etirazlarda Tehran əyalətində 2021 nəfər, Əlbürz əyalətində 400 nəfər, Xuzistanda 1000 nəfər, Kürdüstanda 500 nəfər, Kirmanşahda 1370 nəfər, Qərbi Azərbaycanda 100 nəfər, İlamda 50 nəfər, İsfahanda 250 nəfər, Şirazda 300 nəfər, Şərqi Azərbaycanda 70 nəfər, Mazandaranda 100 nəfər, Kohkiluye və Boyer Əhməddə 250 nəfər, Kirmanda 100 nəfər, Loristanda 300 nəfər, Yəzddə 43 nəfər, Zəncanda 35 nəfər, Cənubi Xorasanda 29 nəfər, Buşehrdə 100 nəfər, Rəzəvi Xorasanda 400 nəfər, Hormozqanda 31 nəfər, Sistan və Bəlucistanda isə 50 nəfər həbs edilib” –deyə, yazıda bildirilir.

 

Bundan əvvəl İran parlamentinin deputatı Hüseyn Nəqəvi Hüseyni jurnalistlərə açıqlamasında ölkənin 200-ə yaxın şəhərində keçirilən son etirazlarda 7 mindən çox insanın həbs edildiyini demişdi.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar. Axund xəstəxanaya yerləşdirilib.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar