Azadlıq radiosunun farsca bölümü (Radio Fərda) hər həftə İran zindanlarında dustaq həyatı yaşayan bir siyasi məhbus haqqında bilgi verir. Radionun bu həftəki proqramında güneyli siyasi dustaq Əli Vasiqi haqqında danışılıb.
Gunaz.tv
Verilişin 09-01-2021-ci il tarixdə yayınlanan qısa çıxarışı belədir:
“35 yaşlı milli-mədəni fəal Əli Vasiqi ərdəbillidir. O, işi ilə əlaqəli olan incəsənətə meyilldiri. Vasiqi 2 il həbs cəzasına məhkum edilib və hal-hazırda Ərdəbil zindanının 2-ci bəndində saxlanılır.
Əli Vasiqi dinc mədəni fəaliyyətlərdən başqa idmanlada məşqul olub. Ədəbiyyat üzrə diplom alan mədəni fəallın peşəsi tablo düzəltməkdir. İş şərayitini yenicə qaydasına salmaqda olan Əli qardaşı Rza Vasiqi ilə birlikdə hökumət məmurları tərəfindən döyülərək həbs edildiyinə görə aylardır ki iş yeri bağlı qalıb.
Son on il içində Əli Vasiqi müxtəlif dinc mədəni fəaliyyətlərinə, o cümlədən Urmu gölünün durumu, insan haqlarının müdafiəsi və siyasi dustaqlara dəstək verdiyinə görə dəfələrlə saxlanılaraq və zindana salınıb”.
C.E